Milli Məclisin deputatı Elman Nəsirov 72 saylı Cəlilabad kənd seçki dairəsinə daxil olan Mikayıllı, Buravar və Kövüzbulaq kənd seçiciləri ilə görüş keçirib.
Görüşdə Mikayıllı kənd sakinləri - Əliqismət Nağıyev, Allahşükür Həsənov, Fərahim Nağıyev, Nurəddin Əliyev, Cabir Məmmədov, Nail Əliyev, Kövüzbulaq kənd sakini, Aprel döyüşləri qazisi Səhman Səlimov və Buravar kənd sakini Həbib Kazımov çıxış edərək onların sosial problemlərinin həlli istiqamətində göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz təşəkkürlərini ifadə ediblər.
Seçicilər əsasən, kəndlərin elektrik sisteminin müasirləşdirilməsi, yol infrastrukturunun qurulması, mavi yanacaq və içməli su ilə təminat, torpaq sahələrinin sənədləşdirilməsi və əkin sahələri üçün subsidiyaların ayrılması ilə əlaqədar müraciətlər ediblər.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlər nəzarətə götürülərək aidiyyəti qurumlara yönləndirilib.