Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Şərur rayon Püsyan kənd icra nümayəndəliyində seçicilərlə görüş keçirib.
Görüşdə Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının sədri Əmir Babayev və Püsyan kənd icra nümayəndəsi Elşən Tağıyev də iştirak edib.
Görüş zamanı şəhid ailələri, müharibə veteranları, kənd ağsaqqalları, gənclər və digər kateqoriyadan olan vətəndaşların müraciətləri əsasən, sosial müdafiə, işlə təminat, maliyyə, kənd təsərrüfatı, torpaq və s. məsələlərlə bağlı olub.
Vətəndaşları narahat edən məsələlərin bir çoxu yerindəcə həllini tapıb. Digər müraciətlər baxılması üçün aidiyyəti qurumlara göndərilib.
İctimai şuraların formalaşdırılmasında pozuntulara və üzvlükdən sui-istifadə hallarına dair...