Bu gün nəzarətsiz zona hesab olunan sosial şəbəkələrdə müxtəlif xarakterli və düşüncədə olan istifadəçilərin statuslarına və video paylaşımlarına rast gəlmək olar. Bəzən elə əcayib-qərayib statuslar, rüsvayçı videolar paylaşırlar ki, bir anlıq düşünürsən ki, bu məxluqların nə ağılları, nə də yiyələri yoxdur, öyüd-nəsihət verənləri, yol göstərənləri də mövcud deyil. Diqqətçəkən məqam ondan ibarətdir ki, dilinə yiyəlik etməyən, qələminə gücü çatmayanlar sırasında cəmiyyətdə demaqoqluqları ilə ad çıxartmış, bununla belə ara-sıra özlərini siyasətçi olaraq təqdim edən siyasi partiya yetkililəri də var. Siyahıda AXCP sədri Əli Kərimlinin, Milli Şuranın rəhbəri Cəmil Həsənlinin və onların trol dəstəsinin yer tutduğunu desək səhv etmərik. Çünki bu məxluqlar işsiz-gücsüz məxluqi avaralar olduqlarından günlərini sosial şəbəkələrdə veyillənməklə keçirlər. Yazırlar və paylaşırlar, iddialar irəli sürürlər ki, guya çox şey onların arzu etdiyi və istəklərinə uyğun deyil. Milli Şuranın sədri Cəmil Həsənli ixtisasca tarixçi olsa da, bilmədi və başa düşmədiyi mövzularda statuslar paylaşır. Məsələn C.Həsənli iqtisadi təhlillər aparıb, sosialoq və psixoloq kimi şərhlər yazır.
Dağılasan a dünya, Cəmil Həsənli indi də iqtisadi təhlillər aparır
Cəmil Həsənli ona verilən növbəti qonorardan cuşa gəlib sosial şəbəkə hesabında pensiya təminatından, pensiya yaşının artırılmasından giley güzar xarakterli status yazıb. İddia edir ki, guya pensiya yaşının artırılması insanların maddi-rifah halına mənfi təsirlər göstərir. Onun təklifinə görə, pensiya yaşı azaldılmalı və pensiya siyasətində dəyişikliklər olunmalıdır. Ancaq anlamır ki, beynəlxalq standartlara görə, pensiya yaşı orta yaş həddi əsasında müəyyən olunur. Əli Kərimlinin, Cəmil Həsənlinin və digər ağzıgöyçəklərin çox zaman misal olaraq, yaşayışlarından və iqtisadi təminatlarından bəh-bəhlə danışdıqları Avropa və ABŞ-da orta ömür 70-75 ildir. Pensiya təminatı da ABŞ və Avropa ölkələrində 66- 68 yaş müəyyən edilib. Region ölkələrində pensiya yaşı 65-68 yaş həddində müəyyənləşib. Azərbaycanda isə pensiya yaşı 65 yaş müəyyən edilib. Bu da cəmiyyəti qane edir və məmnunluq yaradır. Əgər pensiya yaşı azaldılarsa, o zaman bir sıra dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatlarda çalışan işçilər qanunvericiliyə əsasən işindən azad edilməlidir. Bu da həmin sahədə boşluqların yaranmasına və təcrübəli mütəxəssislərin çatışmazlığına gətirib çıxara bilər. Nərə almaq lazımdır ki, qanuna görə, müxtəlif sahələrdə çalışan işçilər üçün müxtəlif son yaş həddi müəyyən edilib. Belə ki, Konstitusiya məhkəməsi hakimləri üçün 70, Ali məhkəmə hakimləri üçün 68, digər məhkəmə hakimləri üçün isə 66 yaş müəyyən edilib. Prokurorluq və Daxili işlər orqanlarında xidmətkeçmə barədə qanunvericiliyə əsasən polis general polkovniki olaraq bu son yaş həddi 65 yaş sayılır. Ədliyyə orqanlarında bu 60 yaş müəyyənləşib, bununla belə 5 ilədək uzadıla bilər.
Milli Şuranın sədri “Əmək pensiyaları haqqında” qanunu oxumadan təhlillər aparır
Hazırkı məqamda pensiya yaşının artırması yaşlı insanların iş fəaliyyətinin davam etdirilməsinə imkanlar yaradır. Həm də ömrün uzanması və sağlamlıqları da pensiya yaşının artırılmasını şərtləndirən amillərdən sayılır. Digər tərəfdən kimsə vaxtından əvvəl pensiyaya çıxmaq istəyirsə, bu halda qanun ona bu imtiyazı verir. Yəni əgər qanunvericiliyə əsasən pensiya fondu təmin edilibsə, şəxs pensiya yaşından bir neçə ilə əvvəl pensiyaya çıxa bilər. Hökumət hər bir ailənin qayğısına qalır və qanuna istinad etməklə insanlara diqqət göstərir. Qanuna görə, vəfat etmiş şəxsin 15 yaşından vəfat yaşına qədər keçən hər il üçün 4 ay stajı olubsa, mərhumun ata-anası, ər-arvadı 65 yaşına çatdıqda, ailə başçısını itirməyə görə pensiya almaq hüququna malikdir. Ailə başçısının ölümü nəticəsində zərərçəkmiş 60 yaşına çatmış qadınlar və 65 yaşına çatmış ailə üzvü olan kişilərə ömürlük pensiya təminatı müəyyən olunur. C.Həsənli bu sadalanları və qeyd olunanları bilmirsə, buyurub, “Əmək pensiyaları haqqında” qanunu bir daha nəzər yetirsin. Təbii ki, qanunu oxumaqda maraqlı olmayacaq. Çünki bu onun üçün vaxt itkisi, həm də yanlış məlumat bazasının alt-üst olması demək olar. Ona görə də ona təqdim oluna tezislər əsasında boş-boş təhlillərini və mənasız şərhlərini davam etdirir. Belə siyasətçilərə nə deyəsən? Vay ona inanıb, ətrafına toplaşan trolların halına.
İLHAM ƏLİYEV