PDF Oxu

Siyasət

  • 1 016

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üçün real şərait yaranıb” - RƏY

image

"Doha Forumunda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan panel müzakirələrində Vaşinqton razılaşmasının əhəmiyyətini və onun icrası ilə bağlı görülən işləri, eyni zamanda Azərbaycan və Ermənistan arasında etimadın artırılmasını və sülhün regiona ciddi iqtisadi faydalar, dividendlər verəcəyini bildirdilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.Onun sözlərinə görə, bu dialoqun aparılması və digər görüşlərin keçirilməsi, o cümlədən Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin Ermənistana, Ermənistan nümayəndələrinin isə Azərbaycana səfərləri baş tutdu: "Bu günlərdə Qəbələdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Ermənistanın Baş nazirinin müavini Qriqoryan və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Sərhədlərin delimitasiyası ilə bağlı məsələlər müzakirə olundu. Eyni zamanda növbəti görüşün Ermənistanda keçiriləcəyi barədə qərar qəbul edildi. Bütün bunlar onu göstərir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün real şərait yaranıb. Bu şəraitin yaranmasının əsas səbəbi isə Ermənistanın konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarından imtina etməsidir. Azərbaycan dəfələrlə bunu bəyan edib.Bu cür görüşlərin və danışıqların müsbət nəticəsi var. Artıq Ermənistanda yeni konstitusiya hazırlanır. Bu günlərdə Ermənistanın Ədliyyə naziri bildirib ki, mart ayına qədər yeni konstitusiya hazır olacaq. Hesab edirəm ki, bu sənəddə də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır və qaldırılacaq. Son zamanlar həm Ermənistanda, həm də Azərbaycanda aparılan bütün işlər Cənubi Qafqazda sülhə xidmət edir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmalı, Azərbaycanın siyasi və iqtisadi maraqları təmin olunmalıdır. Eyni zamanda kommunikasiyalar açılacaq və münasibətlər normallaşacaq. Bu normallaşmadan sonra Ermənistan-Türkiyə sərhədi də açılacaq və bu, Ermənistana böyük gəlirlər gətirəcək.Orta Dəhlizin davamı olan Zəngəzur Dəhlizinin (hazırda alternativ olaraq baxılan marşrutun) açılması həm Azərbaycan, həm Ermənistan, həm Türkiyə, həm də digər ölkələrə böyük fayda verəcək. Ən əsası, bu dəhliz vasitəsilə ildə təxminən 15 milyon tondan çox yük daşınacaq. Bu da yükdaşımaların daha sürətli, məsafələrin və xərclərin az olması deməkdir. Bu yol ilə istifadə edən bütün ölkələr iqtisadi qazanc əldə edəcək.Hesab edirəm ki, Cənubi Qafqazda sülh artıq gəlməkdədir və bu sülhün əsas daşıyıcıları Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Paşinyandır. Onlar öz xalqlarını və revanşist qüvvələri inandırmalıdırlar ki, Cənubi Qafqazda sülh lazımdır və Ermənistan da bu sülh şəraitində yaşamalıdır".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər