PDF Oxu

Siyasət

  • 842

“Azərbaycan dili turistlər üçün deyil, mədəniyyət və milli kimlik üçün qorunmalıdır” - AYB sədri

image

"Mən başa düşmürəm ki, Azərbaycanda bütün dükanlar niyə market adlandırılmalıdır?!” SİA xəbər verir ki, bunu AYB sədri Anar Rzayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda bildirib.“Deyirlər turistlər üçün... Bağışlayın, turist bu qədər kütdür ki, dükanda qarpız-yemiş satılması ilə ayaqqabı satılmasını ayırd edə bilməsin?! Niyə mütləq market olmalıdır? Nə qədər belə sözlər televiziya və radio vasitəsilə dilimizə girir. Yəni bütün bu misallardan başqa, rus dilindən biz cəmi 6-7 söz - kolxoz, sovkoz, komsomol və s. almışdıq. Beynəlxalq sözləri demirəm, onlar heç. Amma bu gün biz ingilis dilindən nə qədər söz alırıq”, - AYB sədri bildirib.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər