PDF Oxu

Siyasət

  • 959

"Heydər Əliyevin uzaqgörən siyasəti öz bəhrəsini verir" -ŞƏRH EDİLDİ

image

"Bu günlərdə xalqımız Ümummilli Lider Heydər Əliyevin anım gününü qeyd edir. O, Azərbaycan tarixində iz qoymuş böyük şəxsiyyətlərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində ölkəmiz parçalanmaq, bölünmək və bir dövlət kimi tarix səhnəsindən silinmək təhlükəsi ilə üz-üzə idi: "Məhz bu çətin dönəmdə Heydər Əliyev xalqın təkidi ilə Azərbaycana gələrək ölkənin idarəçiliyinə başladı. O, Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdi. Müstəqilliyini yeni əldə etmiş Azərbaycan çox ciddi problemlərlə üzləşmişdi və hətta müstəqilliyini belə itirə bilərdi. Heydər Əliyev əsas strateji xətt kimi Azərbaycanın məfkurə birliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması, iqtisadi gücün artırılması, ordu quruculuğu və dövlətçilik ənənələrinin formalaşdırılmasını əsas götürdü.Region dövlətləri ilə gərgin olan münasibətlər yeni mərhələyə keçdi. Xarici siyasət tamamilə dəyişdi. Heydər Əliyev beynəlxalq səfərləri ilə Azərbaycanı tanıtdı, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı. Avropa dövlətləri, Böyük Britaniya, Fransa və digər ölkələrlə sıx əlaqələr quruldu.Azərbaycan inkişaf mərhələsinə qədəm qoydu və bu gün də həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın gücü artır, müstəqilliyi möhkəmlənir, beynəlxalq nüfuzu yüksəlir. Xarici siyasətimiz milli maraqlara əsaslanır və inkişaf modeli dünya miqyasında nümunə kimi qəbul edilir. Bu gün Azərbaycan xalqı güclü, inkişaf edən və gələcəyinə inamla irəliləyən bir xalqdır. Heydər Əliyevin uzaqgörən siyasəti öz bəhrəsini verir və onun arzuları bir-bir həyata keçir. Azərbaycan daha da güclənəcək, möhkəmlənəcək və öz uğurlarını artıraraq irəliləməyə davam edəcək".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər