Los-Ancelesdə meşə yanğınlarının sahəsi 1,2 min hektara çatıb. 30 minə yaxın insan təxliyə əmri alıb. NBC News xəbər verir ki, evakuasiya zonasına vitse-prezident Kamala Harrisin iqamətgahı daxil edilib.
Los-Ancelesin prestijli bölgəsindəki evi 2012-ci ildə xanım Harrisin əri Duqlas Emhoff alıb. Həmin ərazidə aktrisa Qvinet Peltrou və basketbolçu LeBron Ceyms də yaşayır.
NBC telekanalının məlumatına görə, xanım Harris hazırda Vaşinqtondadır. Onun Kaliforniya xalqına dəstək bəyanatı Ağ Evin saytında dərc olunub. O, həyatlarını təhlükəyə atan xilasedicilərə təşəkkür edib.
AYSEL
Dəniz pilotsuz təyyarələri Xəzər Boru Kəməri Konsorsiumunun terminalını sıradan çıxarıb...
Sanksiyalar və ixrac çatışmazlığı səbəbindən...
Saab raket istehsalçısı Pythom-a 10 milyon dollar investisiya qoyur...
“Rosneft” və “Lukoil” şirkətlərinə qarşı sanksiyalardan sonra Urals markalı xam neftin endirimi 23 faizə yüksəlib
Daniel Frid ABŞ-ın sülh planı haqqında