PDF Oxu

Siyasət

  • 967

Azərbaycan regionda yeni reallıqlar yaradıb

image

“Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində çox geniş və əhatəli mövzulara toxundu. Müsahibədə əsas diqqət 2024-cü ildə əldə olunan uğurlar və nəticələr, regionda mövcud vəziyyət, beynəlxalq müstəvidə baş verən proseslər, Ermənistanla sülh danışıqlarının hazırkı durumu, Zəngəzur dəhlizi, işğaldan azad olunmuş ərazilərdə bərpa işləri, Böyük Qayıdış və digər məsələlərlə bağlı oldu”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, 2024-cü il ölkəmiz üçün bir sıra uğurlarla yadda qalıb. Dövlət başçısının dediyi kimi, Azərbaycanın iqtisadiyyatı öz sürətli inkişafını davam etdirib, ümumi daxili məhsul (ÜDM) 4 faizdən çox artıb.İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalinin rifahının yüksəldilməsi istiqamətində də davamlı işlər görülür. Belə ki, bu il yanvarın 1-dən minimum əməkhaqqı 400 manata çatdırılıb. Minimum pensiya da artaraq 320 manat müəyyənləşib. Hökumətin əsas məqsədi Azərbaycan vətəndaşlarının ildən-ilə daha yaxşı yaşamasına nail olmaqdır. Hökumət maliyyə imkanları artıqca, sosial və iqtisadi inkişafı paralel şəkildə nizamlayaraqəməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlərin artımını təmin edəcək.
Millət vəkilinin sözlərinə görə, müsahibə də regionda sülh imkanları xüsusi diqqət mərkəzində olub. Bu məsələdə Azərbaycanın mövqeyi tam şəffaf və açıqdır. Yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev bildirib ki, biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın: “Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil”. Ümumiyyətlə, Ermənistan dünyada və bölgədə gedən prosesləri düzgün qiymətləndirməlidir. Əslində, 2024-cü ildə İrəvanın Azərbaycanın işğalaltındakı 4 kəndini azad etməsi bir daha onu göstərir ki, bu ölkənin siyasi rəhbərliyi Bakının regiondakı dominant mövqeyini qəbul edir. Əks halda 30 ilə artıq bu kəndlərin işğalını davam etdirmiş Ermənistan əraziləri azad etməzdi. Başqa sözlə, 19 aprel 2024-cü ildə yaşanan nailiyyət Azərbaycanın növbəti qələbəsi kimi tarixə yazıldı.
Bütün bunlar qalib xalqın qalib lideri olan Prezident İlham Əliyevin tarixi uğurudur. 2020-ci Vətən müharibəsindən başlanan yol uğurla davam və inkişaf etdirilir. Prezident İlham Əliyevin liderliyilə Azərbaycanın əldə etdiyi tarixi qələbələr yeni inkişaf mərhələsinin başlanğıcını qoyur. Artıq Ermənistan başqa çıxış yolunun olmadığını anlayır. Sülh, həm də İrəvan üçün bir xilas yoludur. Yenidən qeyri-konstruktiv addımlara əl atmaq və ya revanşist düşüncələrə qapılmaq Ermənistan üçün daha ağır nəticələr vəd edəcək. Bu səbəbdəndir ki, artıq İrəvan manipulyasiyaların işə yaramadığının, xarici havadarların dəstəyinin heç bir uğur vəd etmədiyinin fərqindədir.
Ölkə Prezidenti Zəngəzur dəhlizi haqqında da vacib mesajlar verib. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə bağlantısı təmin olunmalıdır. Bu, Ermənistanın öhdəliyidir. Eyni zamanda, dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə həm Şərq, həm Şimal-Cənub xətti üzrə logistik imkanlara malik olacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürəcək. Prezident İlham Əliyev müsahibəsində vurğulayıb: “Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvananiyə müxtəlif, başqa yollarla getməliyik? Bizim bir başa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcəolaraq, onlar 10 noyabrBəyanatınınmüddəalarınıyerinəyetirməlidirlər”. Bu məsələdə Ermənistan öz havadarlarına, xüsusilə Fransaya güvənməməlidir. Fransa tərəfəindən Ermənistanın silahlandırılmasına ölkəmiz səssiz qala bilməz. Çünki Azərbaycan bu regionda əsas güc sahibidir.
“Beləliklə, Azərbaycan regionda yeni reallıqlar yaradıb. Eyni zamanda, qarşıda yeni hədəflərimiz var. Yeni dövrdə əsas hədəflər sırasında Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi, Böyük Qayıdışın təmin edilməsi, qlobal əhəmiyyətli layihələrin reallaşdırılması və digər məqamlar var. Məhz bu hədəflərin reallaşdırılması ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanı daha güclü və qüdrətli dövlətə çevirir”,- deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Digər xəbərlər