PDF Oxu

Siyasət

  • 471

Dağıdıcı müxalifət cərimə batalyonuna bənzəyir ANALİZ

image

Faktlara və proseslərə əsasən demək olar ki, dağıdıcı müxalifət düşərgəsində ağıllı, praqmatik düşüncəyə sahib kimsə yoxdur. Səbəbi də müstəqil fəaliyyətə malik olmamalarıdır. Xaricdən erməni lobbisi və ya maraqlı şəbəkələr nə təklif, göstəriş verirlərsə, dağıdıcı müxalif ünsürlər onu yerinə yetirməyə çalışırlar. Qarşılığında təbii ki, maliyyə yardımları alırlar. Bu baxımdan dağıdıcı müxalifət düşərgəsi bir növ cərimə batalyonuna bənzəyir. Yolundan çıxan, əqidəsinə xəyanət edən, pul-para qazanmaq istəyənlər və digər bacarıqsız məxluqlar müxalifətə toplanırlar. Çox vaxtı dağıdıcı müxalifət başbilənləri düşünmədən, araşdırıb nəticə əldə etmədən fikir yürüdür, cəfəng iddialar, ittihamlarla çıxışlar edirlər. Sonradan isə dəlil və sübutlar ortaya qoyulur və məlum olur ki, Ə.Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri bilərəkdən və ya bilməyərəkdən ciddi səhvlərə yol veriblər. Lakin bu halda belə müxalif ünsürlər yol verdikləri kobud səhvlərinə görə, üzrxahlıq etməyiblər, yanlış statuslarını sosial şəbəkələrdən silməyə maraq göstərmirlər. Əksinə, bir növ at kimi üzə durub demək istəyirlər ki, onlar mövqelərində haqlıdırlar. 44 günlük Vətən müharibəsinə qədər “torpaqlarımızın azadlığı mümkün olmayacaq” deyirdilər. Hətta aralarında elələri vardı ki, “bir kənd işğaldan azad edilsə, qulağımı kəsəcəm”, - deyirdi.

Dağıdıcı müxalifət üzr istəmək mədəniyyətinə malik deyil

Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Xankəndi şəhərində, bayrağımız ucaldıldı, hərbi parad keçirildi. Lakin boşboğazlıq edənlər nə qulaqlarını kəsdilər, nə də ki, sayıqlamlarına görə xalqdan üzr istədilər. Hətta nala-mıxa vuran fikirlərini davam etdirdilər. Laçında kömrük postu və sərhəd keçid məntəqəsi qurulan zaman başladılar “Qələbə yarımçıqdır”, - deyə mənasız və cəfəng fikirlər səsləndirməyə. Utanmaz məxluqlar bu istiqamətdə bir xeyli vay-şivən qopartdılar. Lakin bu anormal fəaliyyət də uzun çəkmədi. Onlara daha bir sərt şillə 23 saat 44 dəqiqə çəkən antiterror tədbirləri ilə bölgədəki bütün terrorçu hərbi birləşmələrin məhv edilib, əksər separatçı başların həbs edilərək istintaqa təhvil verilməsi ilə oldu. Oktyabrın 15-də isə Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezidentimiz İlham Əliyev Xankəndi şəhərində xalqa müjdəli müraciət etdi və əzəmətli binanın qarşısında Azərbaycanın üçrəngli bayrağını ucaltdı. Bu qürurverici anları dünyanın əksər televiziyaları yayımladı, mətbuatları işıqlandırdı, dostlar millətimizə təbrik məktubları ünvanladılar. Yenə də Ə.Kərimli, C.Həsənli, A.Hacılı öz məkrli niyyətlərindən və qərəzli açıqlamalarından əl çəkmədilər. 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində Xankəndi şəhərində səsvermədə iştirak edən Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev və ailəsi bununla bir daha bütün bəşəriyyəti Xankəndinin, Ağdərənin, Xocavəndin, Şuşanın, Ağdərənin, Əsgəranın, Xocalının və digər ərazilərin əbədi olaraq Azərbaycan dövlətinin ayrılmaz hissəsi olduğunu nümayiş etdirdi. Bu qələbələrdən sonra Ə.Kərimli xalqdan üzr istəyib, siyasətdən getməli idi. Lakin göründüyü kimi hələ də Ə.Kərimli siyasətdə var-gəl edir və hələ də siyasi etik qaydalarını pozmaqla qeyri-ciddi davranışlarını nümayiş etdirir.

Əli Kərimli özünü rüsvay edir

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev parlamentdə çıxışı zamanı bildirib ki, müxalifət olmaq olar, amma birinci dövlətçi olmaq lazımdır: “Barmağınızı qatlayın görək İsraildən başqa hansı ölkə cinayətkarları, xüsusən də cibində milyardlarla dollar daşıyan və dünyada söz sahibi olan birini tutub başına torba keçirsin? Ruben Vardanyan kimi bir avantürüstü və terroru dəstəkləyən cinayətkarı tutub damlamaq bilirsiniz nə deməkdir? O, İlon Maskın Mars planetini fəth etmək planından daha üstündür. Bu ağılların kəsmədiyi bir qəhramanlıqdır.Nə qədər gec deyil, birlik olun, düşmən dəyirmanına su tökməyin, xalqla, dövlətlə bir olun ki, gələcək nəsillər siyasi tarix kitablarını oxuyanda sizi nifrətlə anmasın! Sonda təklif edirəm ki, Prezident İlham Əliyev üçün bir orden, ad düşünək. O, təvazökardır - deyə bir çox səsləndirilən təklifləri qəbul etməyəcək. Bu sahədə təkliflərim çoxdur və onu parlament rəhbərliyi ilə bölüşə bilərəm. Yaxşı olar ki, təkliflər də parlament rəhbərliyi tərəfindən səsləndirilsin və məmnuniyyətlə dəstəkləyəcəm”. Azad və demokratik şəkildə keçirilən prezident seçkilərindən sonra dağıdıcı müxalifət və onların tör-töküntüləri məkrdən ibarət olan pozucu əməllərini daha geniş şəkildə inkişaf etdirirlər. Demək olar ki, bütün cəbhəçilər trol qismində oturublar sosial şəbəkələrdə, ancaq şər yazır, böhtanlar səsləndirirlər. Yenə də Ə.Kərimli əsas rolda çıxış edir. Yazdığı statusları fərqlidir. Bir saat əvvəl Qərbin müdafiəçisi rolunda çıxış edib, AŞPA-nın Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnaməyə haqq qazandırıb, özünün qara rəngdən ibarət fikirlərini ifadə edirsə, sonrakı saatlarda hökumətin ünvanına əsassız ittihamlar tirajlayır. Dövlətlərarası münasibətlərə toxunmaqla özünü ağıllı politoloq kimi də təqdim etməyə çalışdığı hallar olur.

Əli Kərimli 44 günlük Vətən müharibəsi başlayandan bu günə qədər ictimai siyasi həyatda baş verən hadisələrə özünün dayaz düşüncəsi, ağılsız yanaşmaları ilə münasibət bildirib. Əksər münasibətləri elə Qərbin qaranlıq dairələrinin və Ermənistandakı revanşistlərin mövqelərindən fərqlənməyib. Lakin bir həqiqət var ki, onun nə deməsindən asılı olmayaraq Azərbaycan öz ədalətli mövqeyini bundan sonra daha da dərinləşdirəcək. Yaxın günlərdə isə Ə.Kərimlinin və onun ağalarının böyük həvəslə müdafiə etdikləri Xankəndidə həbs olunan “hərbi cinayətkar”ların məhkəməsi keçiriləcək və onlar layiq olduqları cəzanı alacaqlar. Bununla da Azərbaycanda separatçılığa meyil edənlərin cəzanın ağır olacağı nümayiş etdiriləcək.

İLHAM ƏLİYEV

Digər xəbərlər