PDF Oxu

Siyasət

  • 494

Ümumtəhsil məktəb şagirdlərinin “20 Yanvar milli qürur günümüzdür” adlı rəsm sərgisi keçirilib ŞƏRH

image

YAP Tərtər rayon təşkilatının, Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Uçaq Gənclər İnlişaf Mərkəzində umumtəhsil məktəblərinin şagirdlərinin rəsm və əl işlərindən ibarət “20 Yanvar milli qürur günümüzdür” adlı rəsm sərgisi keçirilib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Məktəblilərin rəsm sərgisində YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, Təhsil sektorunun əməkdaşı Lamiyə Məmmədova, Uşaq–Gənclər İnkişaf Mərkəzinin direktoru Ülviyyə Qəmbərova iştirak ediblər.
Sərgidə 43 ümumtəhsil məktəbinin şagirdi xalqımızın yaddaşına şərəfli və qanlı hərflərlə yazılmış 20 Yanvar hadisələri ilə bağlı rəsm və əl işləri nümayiş etdirib.
Müəlliflər rəsmlərdə xalqımıza qarşı törədilən qanlı faciəni əks etdirməklə, həm də insanların azadlıq uğrunda mübarizə əzmini, bu yolda dönməzliyini təsvir etməyə çalışıblar.
Sərginin sonunda 10 nəfər qalib müəyyən edilərək, YAP rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif edilib və balaca rəssamlarla xatirə şəkilləri çəkilib.

Digər xəbərlər