PDF Oxu

Siyasət

  • 1 028

Tarixi səfər ŞƏRH

image

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 27-də Afrika ölkələrindən birinin – Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə birlikdə mətbuat üçün verdiyi bəyanatda demişdir ki, bu səfər tarixi səfərdir: “İlk dəfədir ki, Qvineya-Bisaunun Prezidenti rəsmi səfərə gəlir. Biz artıq ikitərəfli gündəliyə aid olan mühüm məsələləri müzakirə etdik və belə razılığa gəldik ki, tərəfdaşlığımızı bütün sahələrdə gücləndirək. Siyasi münasibətlər çox yaxşıdır”.

Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə maraq göstərən Afrika ölkələrindən biri də Qvineya-Bisaudur. Bu ölkə ilə diplomatik münasibətlər 1992-ci il avqustun 27-də qurulub.Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də Azərbaycana rəsmi səfər etməsi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalonun Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, maraq doğuran məsələlərə dair müzakirələrin aparılması və razılaşmaların əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər zamanı həmçinin müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək üçün fürsət yaradır. Eyni zamanda “ASAN xidmət” sahəsində sənədin imzalanması gözlənilir.

Azərbaycan ilə Qvineya-Bisau arasında əlaqələr əsasən BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində davam etdirilir. Qvineya-Bisau Respublikası İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. İƏT çərçivəsində Azərbaycanla bağlı qəbul edilən qətnamələrə Qvineya-Bisau dəstək göstərib.

Qeyd edək ki, Azərbaycan koronovirus pandemiyası ilə qlobal mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə Qvineya-Bisauya 2020-ci ildə 100 min ABŞ dolları həcmində yardım göstərib.

Prezident İlham Əliyevin siyasi iradəsi və uzunmüddətli strateji məqsədlərə istiqamətlənmiş müdrik siyasəti nəticəsində Afrika qitəsi ölkələri ilə münasibətlərin daha da inkişaf etdirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi prosesi davam edir. Təbii ki, həmin əlaqələr zamanı ölkəmizin milli mənafeyinə uyğun yeni hədəflər müəyyənləşdirilir.

Azərbaycan dünyanın bütün qütblərini təmsil edən dövlətlərlə dostluq və tərəfdaşlıq münasibətləri gündən-günə artır və zənginləşir.

Şamo Qasımov

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Digər xəbərlər