PDF Oxu

Siyasət

  • 1 088

Azərbaycan səhiyyəsinin fədakar siması

image

“15 aprel akademik Zərifə Əliyevanın anım günüdür. Zərifə xanım Azərbaycan tibb elmi üçün əvəzsiz xidmətəri ilə böyük işlər görmüş və ölkə səhiyyəsinin inkişafında müstəsna rol oynamışdır. Onun fədakar həkim kimi xidmətlərini Azərbaycan xalqı daim xatırlayacaq”.Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdır: “Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşımışdır. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak etmişdir”.
V.İskəndərov qeyd edib ki, dünya şöhrətli oftalmoloq Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyurdu. Onun bu fədakarlığı sayəsində belə bir xəstəliyin daha geniş yayılmasının qarşısını almaq mümkün oldu. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilmiş və ölkəmiz bu xəstəlikdən xilas olmuşdur. Zərifə xanım təkcə elmi fəaliyyəti ilə yox, həmçinin humanist yanaşması ilə də cəmiyyətimizin daim rəğbətini qazanmışdır. Onun kimsəsiz uşaqlara qayğısı, gənc oftolmoloqlara, həm mütəxəssis həm də bir ana kimi yanaşması səhiyyə sahəsində çalışanlar üçün bir nümunə idi”.

Digər xəbərlər