PDF Oxu

Siyasət

  • 1 039

Azərbaycan-Çin münasibətlərində yeni mərhələ

image

Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.

Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub.
İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib.
Çin 140-dan çox ökənin əsas iqtisa¬di-ticarət tərəfdaşıdır. Bu ölkələr arasında Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın xüsusi yeri və çəkisi vardır. Bakı - Pekin münasibətləri tarixi ənənə və müasir geosiyasi reallıqlar fo¬nunda dinamik inkişaf tempinə malikdir.
2500 il əvvəl tarixi “İpək yolu” vasitə¬silə xalqlarımız arasında mədəni və tica¬ri əlaqələr formalaşmışdır. Xalqlarımız arasında tarixi bağlılıq dahi Azərbaycan şairi Nizami Gəncəvinin XII əsrdə yazdığı əsərlərdə də öz əksini tapmışdır.
Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr quran Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində münasibətləri yüksələn xətlə inkişaf edir. Beynəlxalq baxışın yüksək səviyyədə olması Azərbaycana böyük inamın, etimadın göstəricisidir. 2024-cü ildə Şanxay Əməkdaşlıq təşkilatının Zirvə görüşündə iştirak etmək üçün Astanada səfərdə olan Prezident İlham Əliyevin Çin, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan liderləri ilə keçirdiyi görüşlər münasibətlərimizin dünəninin, bu gününün və onların əsasında perspektivlərin aydın mənzərəsini yaratdı. Astana Zirvə görüşü çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsası kimi dəyərləndirilir. Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən etibarən iki ölkə arasında əməkdaşlıq inkişaf edir və hazırda artıq strateji səviyyəyə yüksəlib. Dövlətimizin başçısı ilə Çin Lideri arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri mövcuddur. Prezident İlham Əliyevin Çin Sədri Si Cinpin ilə görüşündə ölkələrimiz arasında dostluq, tərəfdaşlıq münasibətləri əsaslı şəkildə diqqətə çatdırıldı. Bəyannamənin əsas müddəalarında da qeyd edildiyi kimi, tərəflərin strateji tərəfdaşlığı qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır. Azərbaycanla Çin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 aprel 2025-ci ildə Çinin Sinxua agentliyinə verdiyi müsahibəsində deyib: Birlikdə bəyan etdik ki, bizim strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Birgə Bəyannamədə, həmçinin təsdiq etdik ki, biz bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq.
Eyni zamanda, onu da bildirək ki, Azərbaycan Pekinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstək¬ləyənlərdən biridir və Çinlə nəqliy¬yat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz mövcud istiqamətdə ciddi prak¬tik təşəbbülər də reallaşdırıb, “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta dəhliz infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.
“Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb”, - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, fəal dialoq, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır.
Qarşılıqlı etimad münasibətlərin yüksələn xətlə inkişafında, həmçinin yeni prioritetlərin müəyyənləşdirilməsində əhəmiyyətli funksiya daşıyır. Bu əlaqələr bütün sahələrdə uğurla inkişaf edir.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Digər xəbərlər