PDF Oxu

Siyasət

  • 1 035

Nərimanov rayonunda Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

image

YAP Nərimanov rayon təşkilatında “23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında “23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə Azərbaycan Respublikasının xalq yazıçısı, AYB-nin birinci katibi Çingiz Abdullayevlə görüş keçirilib.
Əvvəlcə YAP Nərimanov rayon təşkilatının foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər-gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.
Görüşdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə bütün kitabsevərləri təbrik edib və bu günün tarixi və mahiyyəti barədə məlumat verib.
Görüşdə Xalq yazıçısı Çingiz Abdullayev həyatından, ədəbiyyata gəlişindən, ona məşhurluq qazandıran əsərlərinin yaranma tarixçəsindən və s. danışıb.
Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı və Əqli Mülkiyyət Agentliyinin İctimai Şurasının və ərazi partiya təşkilatının sədri Natiq İsayev çıxış edərək ölkə rəhbərliyi tərəfindən kitab irsinin və ənənələrinin qorunmasına böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, Respublikamızda artıq bir ənənəyə çevrilən kitab sərgilərinin, kitab bayramlarının keçirilməsi, yazıçı və şairlərin, mədəniyyət xadimlərinin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, elm, mədəniyyət və təhsil sahələrində bir çox beynəlxalq tədbirlərin gerçəkləşməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
İnteraktiv şəraitdə keçən görüşdə xalq yazıçısı Çingiz Abdullayev və digər qonaqlar iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Sonra YAP Nərimanov rayon təşkilatı tərəfindən hazırlana xüsusi hədiyyə xalq yazıçısı Çingiz Abdullayevə təqdim edilib.
Görüşdə həmçinin YAP Nərimanov rayon təşkilatının ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup fəal gənc təltif olunub.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər