PDF Oxu

Siyasət

  • 1 055

Nizami rayonunda Badminton üzrə Bakı birinciliyi keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının təşkilatçılığı, Bakı Şəhəri Təhsil İdarəsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Badminton üzrə Bakı birinciliyi keçirilib.

Turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Qeyd olunub ki, turnirdə turnirdə Bakı şəhəri üzrə müxtəlif idman məktəblərini təmsil edən 11 yaş və daha kiçik təvəllüdlü simvolik olaraq seçilmiş 102 idmançı iştirak edib. Turnir olimpiya sistemi üzrə, qarışıq qoşa, qızlar qoşa, oğlanlar qoşa, şəxsi qızlar və şəxsi oğlanlar növləri çərçivəsində keçirilib, qaliblər müəyyənləşdirilib.
Yarışın bağlanış mərasimində çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəhmən Hüseynov, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əli Əliyev və başqaları bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı.
Çıxışlardan sonra mükafatlandırma mərasimi olub.
Qaliblərə medallar, diplomlar və hədiyyələr təqdim olunub.

Digər xəbərlər