Hazırda elə dövlətlər var ki, onların dünya siyasətində mövcudluqları bir o qədər hiss olunmur. Sadəcə, BMT-nin kitab-dəftərində adları keçir və bəzi beynəlxalq təşkilatların ofisləri önündə bayraqları dalğalanır. Baxmayaraq ki, mənasız və gərəksiz yerə dövlət statusu daşıyan, lakin varlıqları hiss olunmayan dövlətlər ərazi baxımından və əhalisinin sayına görə dünya ölkələri sıralamasında ön yerlərdə qərarlaşırlar. Lakin daim başqa ölkələrin başıqapazlısıdır. Hindistan adlı dövlət o dövlətlərdəndir ki, dünyada əhalisinin sayına görə birinci yerdədir. Ərazi baxımından da balaca dövlət hesab olunmur. 28 əyalət və 7 birlik bölgəsindən ibarət olan Hindistan Pakistan, Çin, Nepal, Butan, Banqladeş və Myanmar ölkələri ilə həmsərhəddir. Hindistan dünyada əhalisinin aclıqdan əziyyət çəkən ölkələr sırasındadır. Ölkə əhalisinin az qala 1 milyaddan bir qədər çoxu yoxsulluq həddindən də aşağı həddə yaşayır. “Qlobal Humanitar Yardım Hesabatı 2024" məlumatlarına görə, dünyada 2 milyard insan yoxsulluq, 855 milyon nəfər də həddən artıq yoxsulluq içində həyatını davam etdirməyə çalışır: “Ən çox yoxsulluqdan əziyyət çəkən dövlətlər sırasında Hindistan birinci yerdədir. Bu ölkədə 1 milyarda yaxın insan yoxsulluq həddindən də aşağı səviyyədə həyatlarını davam etdirirlər”.
Araşdırmalar əsasında məlum olur ki, Hindistanda mənzil və iş sahibi olmaq çox çətindir. Burada ölkə əhalisinin 70 faiznin evi yoxdur, 65 faiz əhali isə işsizlikdən əziyyət çəkir. Hakimiyyəti zəbt edən ifrat radikal dairələr əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması gücünə və imkanlarına malik deyillər. Daha doğrusu, ölkənin inkişafının, əhalinin yaşayışının təmin olunması üçün konkret plana, layihəyə malik deyillər. Bu da əhalinin yaşayışının günü -gündən pisləşməsinə gətirib çıxarır. Bəzi siyasi analitiklərin də qeyd etdiyi kimi, Hindistanın idarəolunmaz vəziyyətə düşməsi ölkənin yenidən parçalanmasına gətirib çıxara bilər. Hindistanın parçalanması ilə bir daha sübuta yetiriləcək ki, bu ölkə müstəqil yaşamaq gücünə malik deyil. Lazımdır ki, yenidən ingilis, ABŞ və ya Çin zopası Hindistanın başının üstündə olsun.
Məlum faktdır ki, 1947-ci ilə qədər Hindistan İngiltərənin müstəmləkəsi altında olub. Hindular xristianlığı qəbul etməsələr də, ingilis adət-ənənələrinə və müstəmləkə idarəetmə tərzinə uyğunlaşıblar. Ona görə də, daim ölkənin əhalisi ingilislərin müstəmləkəsi dövrünü xoş hisslərlə xatırlayır və yenidən o dövrlərin təkrarlanmasını arzu edirlər. Bu baxımdan onu demək olar ki, Hindistan yenidən parçalansa, onun əsas hissəsinə İngiltərə sahib çıxacaq. Təbii olaraq Çinə və Pakistana da pay düşəcək. Beləcə Hindistanın mövcudluğuna son qoyulacaq.
Hindistan Ermənistanı niyə silahlandırır?
Hindistan böyük güclərin əlində alət olduğu halda özünü sındırılmış, təhqir olunmuş dövlət kimi göstərməkdən çəkinir. Əksinə, Pakistan kimi azad, demokratik dövlətə xain hücumlar təşkil etməklə və Ermənistan kimi terroru dövlət siyasətinə çevirən bir quruluşa hərbi yardımlar etməklə, mövcudluğunu göstərməyə çalışır. Xüsusilə də, 44 günlük Vətən Müharibəsindən sonra Hindistan Ermənistana böyük həcmdə silah-sursat yardımları göstərir. Hindistan Ermənistana raket kompleksləri, hava hücumundan müdafiə sistemi, pilotsuz uçuş aparatları və snayper tüfəngləri satır. Bu yaxınlarda Ermənistanla Hindistan arasında 620 milyon dollar dəyərində silah tədarükü ilə bağlı müqavilə imzalanıb. Bununla bağlı Hindistanın “The Economic Times” qəzeti məlumat yayıb. Qəzet yazır ki, müqaviləyə Hindistanın "Pinaka" Reaktiv Yayılım Atəş Sistemlərinin, tank əleyhinə raketlərin və bir sıra döyüş sursatlarının alınması daxildir.
2025-ci ilin fevralın 11-də Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistana səfər etmişdir. Səfər çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Anil Çauhan ilə görüşüb, silah tədarükü ilə bağlı danışıqlar aparmışdır. Məhz səfərin reallaşmasından sonra Hindistan Ermənistana müqavilədə nəzərdə tutulmayan yeni silahlar göndərmişdir.
Bundan əvvəl Hindistanda işgüzar səfərdə olan Ermənistan müdafiə nazirinin müavini Karen Brutyan Hindistanın müdafiə nazirinin hərbi sənaye üzrə müavini Anuraq Bacpa ilə görüşüb. Ermənistanlı nazir müavini həmçinin Hindistan Müdafiə Nazirliyinin Baş katibi Veşveş Neqi, Hindistan Xarici İşlər Nazirliyinin katibi Pavan Kapur və Hindistanın Baş naziri yanında Milli Təhlükəsizlik Şurası katibinin hərbi müşaviri Sandip Sinq ilə də müzakirələr aparıb. Tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Müqavilələrə əsasən, Hindistan Ermənistana yerli istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, eləcə də tank əleyhinə raketlər və silah-sursat partiyası göndərəcək. Bildirilir ki, bu müqavilə ilə Hindistan “Pinaka” sistemlərini ilk dəfə olaraq xarici ölkəyə satır.
2020-ci il Vətən Müharibəsində Ermənistan acınacaqlı məğlubiyyətə uğradıqdan dərhal sonra Hindistanla Ermənistan arasında 40 milyon dollar dəyərində dörd “Swathi” əks batareya radarının tədarükü üçün müqavilə imzalanıb. Düzdür, Hindistanın silahları köhnə və heç bir keyfiyyəti olmayan silahlardır. Həmin silahların heç bir gücü və təsir imkanları olmadığını bir qədər əvvəl Hindistan-Pakistan savaşı zamanı bəlli oldu. Hindistanın Pakistana atdığı silahlar hədəfə çatmadan ölkə ərazisinə düşdü. Hətta bəzi raketlər elə Hindistanın şəhər və qəsəbələrinə düşməsi səbəbindən böyük insan tələfatları, evlər dağıntılara məruz qaldı. Pakistan sadə bir əməliyyatla Hindistanın Fransa istehsalı “Rafale” də daxil, 5 bahalı döyüş təyyarəsi vurdu, artilleriya mövqelərini darmadağın etdi. Toqquşmalar bir qədər də uzansa idi, heç şübhəsiz Hindistan ordusunu və bununla yanaşı hərbi bazalarının böyük hissəsini itirə bilərdi. Ona görə də, reallığı qəbul edən Hindistanın Modinin hakimiyyəti Çinin və ABŞ-ın sülh şərtlərini qəbul etmək məcburiyyətində qaldı.
Hindistan, əslində, tarixi türk əraziləridir
Hindistan, əslində, tarixi türk tayfalarının yaşadığı ərazilərdir. Bu ərazilərdə min illər türk tayfaları hökmranlıq ediblər. İslamın günəş kimi dünyaya doğmasından sonra ərəblər islamı yaymaq üçün geniş çoğrafi ərazilərə yürüşlər təşkil etməyə başladılar. VIII əsrin əvvəllərində ərəblər Hindistana hücum etdilər. Feodal dağınıqlığı, ara müharibələri, sürətlə hərəkət edən ərəb süvariləri Hindistanın işğalını asanlaşdırdı. VIII əsrin əvvəllərində ərəb sərkərdəsi Məhəmməd ibn Qasimin qoşunu Sind vilayətini, Hind çayının sahillərini tutdu. Ərəblər Qərbi Hindistanı işğal etdilər. Burada iki ərəb əmirliyi yarandı: Mənsurə (Sindin cənubunda) və Multan əmirlikləri. Qərbi Hindistanda VIII əsrdə islam dini yayıldı. Yerli əhalinin islam dinini qəbul etməsi Hindistanda mədəniyyətin inkişafına təkan verdi. Hindistanda feodal ara müharibələri genişləndi. Bu dövrdə döyüşçülərin xüsusi hərbi təşkilatı olan racəlit kastası yaranmışdı. "Racəlit" racələrin uşaqları deməkdir. Bu kastaya racə başçılıq edirdi. Feodal ara müharibələri dövründə var-yoxdan çıxmış kəndlilər VIII əsrin ortalarında Benqaliyada üsyana başladılar. Racələr üsyanı yatırtmaq üçün birləşdilər. Şimali Hindistanın Qəznəvi dövlətinə qatılması. Ara müharibələri nəticəsində Hindistan ən zəif ölkəyə çevrilirdi. Qəznəvi dövlətinin sultanı Mahmud Qəznəvi 1002–1026-cı illərdə Hindistana 17 dəfə hücum etdi, Pəncab və Sind əyalətlərini Qəznəvi dövlətinə qatdı. Bu yürüş nəticəsində Hindistanın şimalında türk-müsəlman əhalisinin məskunlaşması və bu yerlərdə İslam dininin yayılması gücləndi. Türk tayfalarının Şimali Hindistanda yerləşməsi və bu ərazinin türk dövlətinə daxil edilməsi burada təsərrüfatın və mədəniyyətin inkişafını sürətləndirdi.
Hindistan ərazilərinin işğal edilməsinə son qoyulması, yalınız bu ərazilərdə yaşayan xalqların türk dövlətləri ilə geniş əlaqələr qurmasından sonra mümkün olmuşdur. Əslən Azərbaycan türkü olan Böyük Moğol imperatoru Əkbər şahın hakimiyyəti illərində bu bölgə sakit bir yerə çevrilmişdir. Əkbər şah dövlət quruculuğu işlərində Osmanlı imperatorluğundan məsləhətlər alır və dövlət idarəetməsini məhz o məsləhətlərə əsasən həyata keçirirdi. Əkbər şah dövlətin inkişafına nail olmaq, əhalinin yaşayışını yaxşılaşdırmaq üçün Osmanlı sultanlığının məsləhətinə əsasən bütün torpaqları dövlətin mülkiyyəti elan etdi, onu becərənlər isə haqq ödənildi. Əkbər şah ölkə iqtisadiyyatının inkişafına, ticarət və ticarət əlaqələrinə xüsusi diqqət yetirirdi. Buna da türk dövlətlərinin dəstəyi ilə həyata keçirməyə nail oldu.
Hindistanın faşist hakimiyyəti Nadir şah Əfşarın dərslərindən nəticə çıxarmayıb
Sonrakı illərdə zəif iradəli, bacarıqsız şahların idarə etməsi Hindistanın çökməsinə gətirib çıxardı. Bundan istifadə edən Avropa ölkələri, xüsusilə Fransa və İngiltərə tez-tez Hindistana hərbi yürüşlər təşkil edirdilər. Hindistanda nüfuz dairəsi uğrunda ingilis-fransız müharibəsi (1756-1763) daha amansız xarakter almışdır. Hər iki tərəfdən on minlərlə insan həlak olsa da, sonda qalib gələn tərəf ingilislər olmuşlar. Hind torpaqlarının işğalına başladılar.
Hindistanın ingilislər tərəfindən işğal edilməsi türk tayfalarını ciddi narahat etməyə başlamışdır. Lakin o dövrdə İngiltərənin böyük hərbi gücə malik olması türk birliklərini Hindistana yardım etməyə imkan vermirdi. Nəhayət, tarixin ən böyük Türk sərkərdələrindən olan, Böyük Azərbaycan imperiyasının şahı Nadir şah Əfşar Hindistanda qayda-qanun yaratmaq və ingilisləri, eləcə də keyfiyyətsiz hala gəlmiş moğulları cəzalandırmaq üçün Dehli üzərinə hücuma keçdi. Qısa müddətdə hazırkı Hindistanın şimalını ələ keçirən Nadir şah 1739-cu ilin martında Karnal döyüşündə qələbə qazanaraq martın 8-də Dehliyə daxil oldu. İngilis tədqiqatçıları “Tazkira of Anand Ram Mukhlis” in J. Ed. Dowson, “ The History Of India As Told By Its Own Historians” adli əsərdə, Moğol hökümdarinin vəziyyəti ilə bağli belə yazirlar: “Biz Məhəmməd şahın Azərbaycan imperatoruna (Nadir şah) səfərinin nəticəsini gördük. Bir neçə gündən sonra … Asəf Cax aydın olmayan bəzi məsələləri həll etmək üçün göndərildi; lakin bilinməyən bir səbəbə görə o, bu tapşırığı yerinə yetirə bilmədi və düşərgədə saxlanıldı. Sonra Məhəmməd şahın özü, yenidən əlinə silah alıb vuruşmağa çağıran bir neçə şəxsin etirazına baxmayaraq, ayın 26-sı imperatoru ikinci dəfə ziyarət etdi. Bu görüşün nəticəsi olaraq Məhəmməd Şah, Nadir şahın düşərgəsində qalmağı məqsədəuyğun hesab etdi. Nadir şah düşərgəsinin arabalarının bir hissəsini gətirməyi əmr etdi. Tədricən dövlətin bütün əsas simaları Əlahəzrətə qoşuldular. Üzdə bunu könül xoşluğu ilə etmələri görünsədə, əslində məcbur idilər. Hərbi qüvvələrə onları müşayiət etmək əmri verilmişdi. Burada 100.000 güclü, yaxşı silahlanmış atlı bir ordu sanki əsir kimi saxlanılırdılar. İmperatorun və onun zadəganlarının bütün ehtiyatları indi Qızılbaşın ixtiyarında idi! Hamıya elə gəlirdi ki, Moğol sülaləsi sona çatdı”.
Hindistanı ələ keçirəndən sonra Nadir şahın adına xütbə oxundu, zərb olunan pulların üstündə belə bir yazı yazıldı "Nadir yer üzünün sultanlar sultanı, krallar kralı, uğur hökmdarıdır."
Fransız alimi Pierre Bayen yazırdı ki, “Nadir şah Osmanlı imperiyasının dəhşəti, Hindistanın fatehi, bütün Asiyanın hökmdarı idi”.
1739-cu ilin may ayında Nadir şah Hindistanda taxtı Məhəmməd şaha təhvil verib, Azərbaycana qayıtdı. Bu baxımdan tam qətiyyətlə demək olar ki, dünyanın ən böyük sərkərdələri sırasında Nadir şahın özünəməxsus yeri və rolu var. Əsrlər keçsə də, bu böyük fatehin sərkərdəlik məharəti, dövləti idarəetmə üsulu, xalqla davranış qaydaları unudulmayıb və bundan sonra da yaddaşlardan silinməyəcək. Əksinə, tarixçilər, tədqiqatçılar, hərbi ekspertlər Nadir şah haqqında yeni məlumatlar almaq ümidi ilə arxivlərə üz tutacaq, tarixi yerlərdə tədqiqatlar aparacaq. Fransa imperatoru Napoleon Bonapart 1812-c il də “mən özümü yeni Nadir şah hesab edirəm” deyərək Rusiyaya hücuma keçmişdir. Bəzi tədqiqat əsərlərində Napoleon Bonapart Avropanın Nadir şahı adlandırılır. Eləcə də, SSRİ rəhbəri İosif Stalin Nadir şahı özünün müəllimi hesab edirdi.
Təəssüflər olsun ki, Nadir şah Əfşarın bayrağının ucaldığı və türk tayfalarının yurd yeri olan Hindistanı qoruyub saxlaya bilmədik. Nəticədə, 1912-ci ildə ingilislər Nadir Şah Əfşar kimi sərkərdələrin meydanda olmadığından istifadə edərək Hindistanı yenidən işğal etdilər. 1947-ci ildə isə ingilislərin bölgəni tərk etməsi ilə Hindistan adlı əcaib quruluşun yaradılmasına imkanlar yaradıldı. Hansı ki, bu başıbəlalı quruluş özünü dövlət adlandırır və müsəlman-türk dünyasına diş qıcıyır, Ermənistan kimi terrorçu quruluşu silah-sursatla təchiz edir. Yəqin ki, elə bir gün gələcək ki, Nadir şah Əfşarlar yenidən yaranacaq və Hindistandakı faşist təfəkkürlü hakimiyyətləri cəzalandırmaq üşün fəaliyyətə başlayacaq.
İLHAM ƏLİYEV