PDF Oxu

Siyasət

  • 1 351

“Müasir Azərbaycanın inkişafında Yeni Azərbaycan Partiyasının rolu”

image

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş “Müasir Azərbaycanın inkişafında Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları rayon Heydər Əliyev Mərkəzinin önündə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Daha sonra Ulu Öndərin dövlətçilik fəaliyyətini əks etdirən kitab sərgisi və uşaqların əl işlərindən ibarət sərgi ilə tanışlıq olub.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti barədə videoçarx nümayiş etdirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Məclisin deputatı Səbinə Xasayeva, “91-lər”in nümayəndəsi, Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov, şəhid anası Leyla Musayeva, rayon ağsaqqalı Mirtağı Tağıyev və digərləri çıxış ediblər.
Çıxışlarda partiyanın 33 illik şərəfli inkişaf yolundan danışılıb. Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanaraq formalaşan YAP-ın tarixi zərurətdən yarandığı, ölkənin ərazi bütövlüyünün bərpası və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm işlər gördüyü bildirilib. Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində partiyanın qısa müddətdə güclü və mütəşəkkil siyasi qüvvəyə çevrildiyi, xalqın milli maraqlarının müdafiəçisi olduğu xüsusi vurğulanıb.
Tədbirin sonunda Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvü fəxri fərmanla təltif edilib, partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Digər xəbərlər