Bu yaxınlarda Mərkəzi Asiya liderlərinin Donald Trampla niyə görüşdüyü bəlli olub. Çox milyardlıq sövdələşmələrlə əlamətdar olan yüksək səviyyəli danışıqların yekunlaşmasından az sonra Özbəkistan prezidenti Şavkat Mirziyoyev “Mərkəzi Asiya Bloku”nun yaradılmasını təklif edib. Plan e-ticarət və rəqəmsal platformaların birgə inkişafı, enerji və nəqliyyat sektorlarında layihələri əlaqələndirəcək İnfrastrukturun İnkişafı Şurasının yaradılmasıdır. Yeni Blokun iştirakçıları Azərbaycanın tamhüquqlu üzv kimi iclas formatına qoşulmasını yekdilliklə dəstəkləyiblər. Region liderləri də məsləhətçi görüşlərin regional əməkdaşlıq üçün strateji platformaya çevrilməsi təşəbbüsünü dəstəkləyiblər.Ş.Mirziyoyevin sözlərinə görə, bu transformasiya regionda təhlükəsizlik və davamlı inkişaf məsələləri üzrə vahid həll yollarının işlənib hazırlanmasına imkan verəcək. Kreml və Rusiyanın Xarici İşlər Nazirliyi hələ ki, cavab verməyib, lakin Moskvanın bəlağətli susqunluğu belə bir hiss yaradır ki, postsovet məkanında bu birliyin yaranması əslində Rusiyanın maraqlarına uyğun gəlmir. Eyni zamanda sual yaranır: KTMT və Aİİ-nin nə mənası var? Rusiyadan gələn miqrantlar üçün güzəştlər və vətəndaşlıq almaq, eyni zamanda ABŞ və NATO ilə dostluq əlaqələri saxlamaq? Və bu yeni blokda daha vacib nədir - iqtisadiyyat, yoxsa siyasət?Bu birliyin yaratmaq təşəbbüsü Tramp Administrasiyası ilə inanılmaz müqavilələr imzalayan Özbəkistandan gəlib. ABŞ prezidentinin sözlərinə görə, onun ölkəsi üç il ərzində Özbəkistan iqtisadiyyatına təxminən 35 milyard dollar sərmayə qoyacaq. Təsadüfi deyil ki, Mərkəzi Asiya Respublikaları Bloku üzvləri də Azərbaycanın bu birliyə qoşulması üçün lobbiçilik edirdilər. Bu, Rusiya ilə İran arasında bir növ dəhliz rolunu oynayır. Məhz Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələri Xəzər dənizi vasitəsilə mal idxal və ixrac edə, eyni zamanda Azərbaycanın enerji ehtiyatlarını ala biləcəklər.Aydındır ki, bu addımdan sonar diqqətlər Azərbaycana yönələcək. Yeni təşkilatın yaradılması ideyası, görünür, Vaşinqtonda keçirilən görüş zamanı yaranıb. Moskvada hesab edirlər ki, bütün bu planlar Trampa aiddir. Əvvəllər Rusiya özünü postsovet respublikalarının “ağırlıq mərkəzi” kimi təqdim edirdisə, bu gün statuslar dəyişib, indi bu mərkəz dağılıb və onun yerini ABŞ tutmağa çalışır. Qismən, Mərkəzi Asiya ölkələrinin münasibəti başa düşüləndir: onlar müharibə şəraitində olan, xüsusən də sanksiyalar altında olan ölkə ilə ticarət-iqtisadi əlaqələr qurmaqda maraqlı deyillər. Vəziyyətlərin birləşməsi Rusiyanın geosiyasi və strateji maraqlarına zərbə vuran dəyişkən siyasi iqlimə gətirib çıxarıb.Moskva həmçinin, postsovet respublikalarının “Mərkəzi Asiya Dövlətləri Bloku”nda birləşməsini geosiyasətdə islam amilinin güclənməsi kimi təqdim etməyə çalışır. Yeni Blokda digər ölkələrlə əlaqələri idarə edəcək moderator kimi əsas rol Azərbaycana məxsusdur. Məsələ burasındadır ki, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələr hər keçən gün artmaqda, genişlənməkdədir. Və bu sadəcə din faktoru ilə bağlı deyil, ortaq maraqlar, ortaq dəyərlər ölkələri birləşdirən, bir araya gətirən əsas və dəyişməz nüanslardır. Azərbaycan bu təşkilatda bir növ mərkəzçi rolunu davam etdirəcək. Mərkəzi Asiya respublikalarının da Azərbaycan vasitəsilə İran bazarına çıxış əldə edəcəkləri istismna deyil.Rusiya bu məsələdə çarəsiz kimi görünür. Mərkəzi Asiya məkanına nəzarəti saxlamaq cəhdi artıq mənasızdır. Rusiya qonşularını özünə zorla bağlamağa çalışır, əksər hallarda zora üstünlük verir ki, bu da əks reaksiyalara səbəb olur. Miqrantlar əvvəlki kimi Rusiyaya getmək istəmirlər. Düzdür, onların yeni, eyni dərəcədə cəlbedici əmək bazarları var – Türkiyə, BƏƏ və Özbəkistan hətta Britaniya ilə işçi qüvvəsi tədarükü müqaviləsi imzalayıb.Radikallığa gəlincə... Rusiya miqrantlara qarşı radikallaşır. Məhz güc strukturları burada əsas rola malikdirlər. Bütövlükdə, statistika göstərir ki, Rusiya miqrantlar üçün getdikcə daha az cəlbedici olur, əcnəbilər üçün daha sərt qaydalar, sanksiyalar, daha sonra isə ölkə müharibə vəziyyətindədir...
VƏLİ