PDF Oxu

Siyasət

  • 998

YAP Gədəbəy rayon təşkilatında partiya tədbirləri keçirilmişdir

image

Bu gün YAP Gədəbəy rayon təşkilatının 32 saylı Yol İstismar İdarəsi, Alnabat və Kiçik Qaramurad kənd Ərazi Partiya Tışkilatlarında “Konstitusiya Və Suverenlik ili” ilə əlaqədar partiya tədbirləri keçirilmişdir.

Tədbirdə çıxış edən natiqlər Konstitusiya və Suverenlik ili ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verdilər.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində mühüm mərhələdir. Bu il biz həm hüquqi əsaslarımızın – Konstitusiyamızın – dərin mənasını, həm də milli suverenliyimizin əzəmətini bir daha dərk edirik. Azərbaycan Konstitusiyası xalq iradəsinin təcəssümüdür, suverenliyimiz isə müstəqilliyimizin qürur mənbəyidir. Hər bir vətəndaş bu dəyərləri qorumaqla Vətəninə xidmət edir. Bu il təkcə hüquqi yaddaşımızı deyil, həm də milli birliyimizi gücləndirən il kimi tarixə düşəcək.

Eyni zamanda 32 saylı Yol İstismar İdarəsi Ərazi Partiya Tışkilatında yeni partiya üzvlərinə partiya vəsiqələri təqdim olundu,onlara gələcək fəaliyyətlərində uğurlar arzulandı.

Digər xəbərlər