PDF Oxu

Siyasət

  • 1 007

"Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir”

image

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir” adlı tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan Mədəniyyət və İstirahət parkındakı abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub.
Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək Azərbaycan tarixinin bütöv bir dövrünün Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyiblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib: “1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı. Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycan isə dinamik inkişaf edən bir dövlətə çevrilib”.
Quba rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, ADPU Quba filialının müəllimi, əməkdar mədəniyyət işçisi Elza Orucova, RİH yanında İctimai Şuranın sədri Laçın Səfərəliyev, Qaraçay qəsəbə ərazi partiya təşkilatının sədri Bariz Allahverdiyev, Quba rayon Heydər Əliyev Mərkəzinin bələdçisi, partiya fəalı Simnarə Tağıyeva çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində əbədi iz qoymuş dahi lider olaraq, uzaqgörən siyasəti və strateji qərarları ilə müasir dövlətimizin möhkəm təməllərini qurduğunu deyiblər.

Digər xəbərlər