"Kreml Ukraynada nizamlanma üçün vaxt qrafikini müzakirə etmək istəmir". Bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, əsas məqsəd qısamüddətli fasilə deyil, uzunmüddətli atəşkəsə nail olmaqdır.
"Heç bir vaxt sülh gündəliyi haqqında danışmayacağam. Düşünürəm ki, bu, hazırda ən nankor vəzifə olardı", - deyə Kremlin sözçüsü Milad bayramına qədər Ukrayna nizamlanması ilə bağlı razılaşdırılmış mövqeyə çatmaq şansı ilə bağlı suala cavab verərkən bildirib.
Bunla belə Peskov Rusiya prezidentinin sülh prosesi ilə bağlı ciddi qərarlar qəbul etməyə hazır olduğunu qeyd edib: "O, sülhə, ciddi sülhə, ciddi qərarlara açıqdır və vaxtı uzatmağa və süni müvəqqəti fasilələr yaratmağa yönəlmiş heç bir hiyləyə qətiyyən açıq deyil".
İlham