Qrenlandiyanın Baş naziri Nilsen ABŞ bayrağının rəngləri ilə örtülmüş ölkənin xəritəsinin yer aldığı paylaşıma sərt açıqlamalarla cavab verib. Baş nazir bildirib ki, ölkəmiz satış üçün deyil: O, vurğuladı ki, Qrenlandiyanın taleyi onlayn paylaşımlarla müəyyən edilmir: “Əvvəlcə, çox aydın və sakit şəkildə bildirim ki, panikaya və ya qeyri-müəyyənliyə heç bir səbəb yoxdur. Keti Millerin paylaşdığı və Qrenlandiyanın Amerika bayrağı ilə örtülmüş şəkildə təsvir olunduğu şəkil heç nəyi dəyişmir. Ölkəmiz satış üçün deyil və gələcəyimiz sosial media paylaşımları ilə müəyyən edilmir. Lakin bu şəkil hörmətsizlikdir”.
İlham