17 noyabr 2026-cı il tarixində Astara Pedaqoji Kollecində 2026/2027-ci tədris ilində Pedaqoji Şuranın növbəti iclası keçirildi. Kollecin direktoru, Filologiya elmləri doktoru, Pedaqoji Şuranın sədri Kamran Kazımov iclası açaraq gündəlikdə duran məsələlər barədə Şura üzvlərini məlumatlandırdı.
2026/2027-ci tədris ilinin I semestrində I kollokviumların yerinə yetirilməsi vəziyyəti haqqında Tədris işləri üzrə direktor müavini Fatimə Məmmədovanın, dərs-məşğələ jurnallarının doldurulması vəziyyətinə dair şöbə müdirləri Nuranə Fərəcova, Aygün Səfərova, Nilufər Baxşiyevanın, "Azərbaycan və xarici dillər" fənn birləşməsinə daxil olan fənlərin tədrisi vəziyyəti barədə FBK sədri Nuranə Babayevanın, qışa hazırlıq işlərin vəziyyəti barədə İnzibati təsərrüfat işləri üzrə direktor müavini Elçin Baxşiyevin hesabatları dinlənildi.
Şurada bir sıra cari məsələlər – kollokviumların nəticələri, fənn proqramlarının təsdiqi, nizam-intizam qaydaları, ictimai işlərdə müəllimlərin fəallığı və bir sıra məsələlər müzakirə olundu və qərarlar qəbul edildi.