1980-ci illərin sonunda Azərbaycanla Ermənistan arasındakı münaqişə genişmiqyaslı müharibəyə səbəb oldu. Bu, Ermənistan qüvvələri tərəfindən Dağlıq Qarabağın və Azərbaycanın digər ətraf ərazilərinin işğalı ilə nəticələndi. Sərsəng su anbarı toqquşmalar zamanı ermənilər tərəfindən ələ keçirilən strateji əhəmiyyətli ərazilərdən biri idi. Tərtər çayı üzərində 50 meqavat elektrik gücünə malik bu məqsədyönlü bənd və su elektrik stansiyası 1976-1977-ci illərdə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu dövrdə inşa edilmişdir. Nəticədə, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboyda daxil olmaqla altı rayonda təxminən 120000 hektar münbit torpaq içməli və suvarma suyu ilə təmin edilmişdir.
30 illik işğal tarixində Ermənistan sudan siyasi təzyiq və ekoloji təsir vasitəsi kimi istifadə edir. Bu ifadə beynəlxalq hüquqda rəsmi qəbul edilmiş termin olmasa da, Azərbaycanın bəyanatlarında və bəzi beynəlxalq sənədlərdə belə qiymətləndirilir. Ermənistan işğal edilmiş ərazilərdəki su anbarlarını, xüsusilə Sərsəng və Suqovuşan kimi su infrastrukturlarını sudan silah kimi istifadə edib, yəni lazım olmayan vaxtda su axınını kəsib, lazım olmayan vaxtda buraxaraq ciddi problemlər yaradıb. Bu, qarşı tərəfə və mülki əhaliyə ekoloji, sosial və iqtisadi zərər vermək məqsədi ilə sudan siyasi alət və ya silah kimi istifadə olunması istiqamətində qiymətləndirilir.
Avropa Şurası Parlament Assambleyasının 26 yanvar 2016-cı il tarixli 2085 nömrəli qətnaməsində bildirilib ki, Sərsəng su anbarı ilə bağlı yaradılmış süni su böhranı humanitar vəziyyəti pisləşdirə bilər və su resurslarının siyasi təzyiq vasitəsi kimi istifadəsi narahatlıq doğurur. Bu qətnamə Azərbaycanın “suyun siyasi alətə çevrilməsi” riskinə diqqət çəkir, lakin birbaşa “terror” termininə hüquqi baxımdan rəy vermir, daha çox humanitar narahatlığı vurğulayır.
Bu reallığı Azərbaycan tərəfi dəfələrlə beynəlxalq konfranslarda müzakirə mövzusuna çevirsə də, Ermənistan tərəfi bu cür ittihamları rədd edir və su layihələrində sülhə xidmət etdiyini, ittihamların siyasi kontekstdə verildiyini bildirir. 12 yanvar 2026-cı il tarixdə “Bakı və Abşeron” su proqramı müşavirəsində Cənab prezidentimiz İlham Əliyevin dediyi kimi “Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. Sərsəng və Suqovuşan su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı.” Bununla yanaşı Cənab prezident Ermənistanın işğal illərində sudan siyasi təzyiq və “su terroru” vasitəsi kimi istifadə etdiyini bildirib. İşğal olunmuş dövrdə Sərsəng və Suqovuşan su anbarlarının suları bağlanır, lazım olmayan vaxtda buraxılırdı, bu isə kənd təsərrüfatına və insanlara ciddi problemlər yaradırdı. “Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu” bu vəziyyətə o, birbaşa olaraq “su terroru” ifadəsini işlədib. Bu çıxışda Prezident qeyd edir ki, bu gün hər iki su anbarı yenidən qurulub və artıq suların idarə olunması Azərbaycanın nəzarətindədir.
Sərsəng su anbarı 1976-cı ildə Azərbaycanın Tərtər rayonunun ərazisində yerləşən Tərtərçay çayı üzərində tikilmiş iri su anbarıdır və ümumi su tutumu təxminən 560–575 milyon kubmetrdir. Əvvəllər bu su Azərbaycanın Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının əkin sahələrini və içməli su ehtiyacını təmin edirdi. Bu anbar həm suvarma, həm də hidroelektrik enerji mənbəyi idi. 1990-cı illərdə erməni qüvvələrinin Dağlıq Qarabağ və ətrafını işğalı nəticəsində Sərsəng anbarı işğal olunan ərazidə qaldı və uzun müddət Ermənistan və onun dəstəklədiyi qurumlar tərəfindən idarə olundu.
Suqovuşan su anbarı (bir digər adıda kiçik Sərsəng) 1975–1976-cı illərdə tikilərək istifadəyə verilmişdir və ümumi su tutumu təxminən 5,86 milyon kubmetrdir. Bu anbar əsasən kənd təsərrüfatı məqsədləri üçün suvarma suyu təmin etmək üçün yaradılıb və Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su verir. “II Qarabağ” müharibəsi başa çatdıqdan yəni 2020-ci ildən sonra əraziyə nəzarət bərpa edilib və su sisteminin yenidən qurulması istiqamətində işlər aparılır.
Əliyev Əli
Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı, YAP fəalı