PDF Oxu

Siyasət

  • 524

“Aprel döyüşlərindən Böyük Zəfərə” - FOTOLAR

image

Bu başlıqlı sərgi və tədbir Astara rayon Heydər Əliyev Mərkəzində keçirildi. Şanlı zəfərimizə yol açan Aprel döyüşlərinin 10 illiyinə həsr olunmuş tədbirin təşkilatçıları YAP Astara rayon təşkilatı, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektoru, Heydər Əliyev Mərkəzi idi.

Təşkilatçı idarələrin əməkdaşlarının, eləcə rayonda fəaliyyət göstərən A. Hüseynov adına Suparibağ və Ə. Əliyev adına Qapıçı məhəllə kənd məktəblərinin müəllimlərin, şagirdlərin iştirak etdiyi, Dövlət Himinin sədaları altında başlanan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Vətən yolunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Ordumuzun zəfər əzəmətini göstərən Aprel döyüşləri barədə danışan Mərkəzin direktoru Kübra Səmədova dedi:- Aprel ayının birində başlanan döyüşlərdə Azərbaycan ordusu 4 günə möhtəşəm qələbə qazandı. Həmin vaxtdan 10 il ötür. Müharibə zamanı qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də digər yaxın məntəqələr təcavüzkar düşməndən tam təmizlənib. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" yüksəkliyinə üçrəngli bayrağımız sancılıb.

Mövzu ətrafında digər iştirakçıların məruzələri dinlənildi, video-çarx nümayiş olundu, rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxışla tədbir sona çatdı.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər