PDF Oxu

Siyasət

  • 1 384

20 Yanvar- qanlı və şanlı tariximiz - ŞƏRH

image

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə həmdə qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi. 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırım, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən işğal olunması, nəticədə ölkə ərazisinin 125 min kvadrat kilometrdən 87 min kvadrat kilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq səlnaməsinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

1990-cı il yanvarın 19-da “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” fərmanın imzalanması o zamankı SSRİ rəhbəri M.Qarboçovun göstərişi və azərbaycanın səriştəsiz rəhbərlərinin razılığı ilə Bakıya qoşun yeridilməsi, ölkənin informasiya blokadasına almaq və xalqın haqq səsini boğmaq üçün respublika televizisiyasının enerji blokunun partladılması, qəzet və jurnalların nəşrinə qadağa qoyulması ermənipərəst mərkəz tərəfindən Azərbaycan xalqına qarşı aparılan mənəvi, siyasi təcavüz və terror idi.

Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlərdə var idi.Azadlıqvəərazibütövlüyüuğrundamübarizəyəqalxmışdincəhaliyəqarşıolanbucinayətvəyüzlərləgünahsızinsanınqətləyetirilməsisovetrejiminincinayətkarmahiyyətinibirdahabütündünyayagöstərdi. Xalqımızaqarşıtörədilənbucinayəthəmdəbəşəriyyətvəinsanlıqəleyhinəolandəhşətliəməldir.

Düz 36 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu tarix Azərbaycan xalqının əyilməz bir xalq olduğunu, müstəqilliyi pay olaraq deyil, haqq olaraq aldığını sübut edir. 1990-cı il yanvarın 19-dan 20-nə keçen gecə törədilən faciə istiqlaliyyət, suverenlik, müstəqillik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının apardığı mücadilənin unudulmaz səhifəsidir.

Bu günŞəhidlərinruhlarışaddır. Çünkiqanlarıyerdəqalmayıb. Çünkiazadlığı, müstəqilliyiuğrundacanınıfədaetdiyiölkəbugüntarixininənqüdrətlidövrünüyaşayır.

Bugünkü tarixi gerçəklik bir daha sübut edir ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, kədərlə xatırlanacaq gün deyil , həm də bizim üçün şan və şərəf, milli qürur günüdür.

Lalə Mədətova

YAP Kəngərli rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər