PDF Oxu

Siyasət

  • 451

Azərbaycanın rəqəmsal inkişaf strategiyası - ŞƏRH

image

11 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilmişdir. Dövlətimizin başçısı müşavirədə çıxış edərək bildirmişdir: “Dünyada gedən meyillər,trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb, bu barədə bu gün danışılacaq. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir”.

Müşavirədə həmçinin dövlət idarəçiliyi, iqtisadiyyat, kibertəhlükəsizlik, süni intellekt və innovasiya sahələrində genişmiqyaslı strateji layihələr müzakirə edilib. “Azərbaycanın yeni rəqəmsal arxitekturası” təkcə texnoloji yenilənmə deyil, bütövlükdə idarəetmənin transformasiyasıdır. Burada məqsəd qərarların daha effektiv və dəqiq alınmasını təmin etməkdir.

Yeni fəaliyyət planı iqtisadiyyatın rəqəmsallaşdırılmasını da əhatə edir. Artıq rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir. Süni intellektin 2030-cu ilə qədər yaradacağı əlavə dəyərin təxminən 16 trilyon ABŞ dolları həcmində olması gözlənilir. Rəqəmsallaşma bir qayda olaraq düzgün aparılsa və virtual mühitə keçdikdən sonra artıq əsas məsələ kibertəhlükəsizliklə bağlı olacaqdır. Müşavirədə insan kapitalının inkişafı xüsusi vurğulanmışdır. Rəqəmsal transformasiya ancaq texnoloji yeniliklərlə deyil, həmçinin peşəkar kadrların hazırlanması ilə mümkündür. Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin söylədiyi fikrə diqqət edək: “Fəaliyyət planının əsas fokus hissəsini mümkün edəcək 4 amil üzərində qurulmuşdur. İlkin olaraq insan kapitalı, ikincisi, mövcud infrastrukturun yenilənməsi və genişləndirilməsi, üçüncüsü, qanunvericiliyimizin müasir tələblərə uyğunlaşdırılması və dördüncüsü isə idarəetmə proseslərinin çevik olmasıdır”. Rəqəmsal infrastruktur texnologiya ilə deyil, həmçinin təhlükəsizlik mexanizmləri ilə də təmin olunmalıdır. Kibertəhlükəsizlik müdafiə baxımından həyati əhəmiyyət daşıyır.

Rəqəmsallaşma mərhələli bir proses olduğu üçün və bu gün ölkəmiz də dünyanın keçdiyi yolu mərhələli şəkildə keçir. Bu, məlumatların kağız daşıyıcılarından elektron daşıyıcılara keçirilməsidir. Növbəti mərhələ xidmət və proseslərin rəqəmsallaşdırılmasıdır. Respublikanın data mərkəzi artıq qurulub. “SİMA” biometrik imzadan son illər ərzində daha geniş istifadə olunur.

“Mygov” platforması vətəndaşlara dövlət xidmətlərinin sürətli, şəffaf və dəqiq şəkildə təqdim edilməsini təmin eədərk rəqəmsal transformasiyanın effektivliyini göstərir. Avtomatlaşdırılmış proseslər və vahid informasiya sistemi vətəndaşların vaxtına qənaət edir, dövlət idarəçiliyində şəffaflıq və koordinasiyanı gücləndirir. Bu da rəqəmsal inkişaf strategiyasının əsas uğurlu nümunələrindən biridir.

Bu gün Azərbaycan rəqəmsal mərkəzə çevrilmə perspektivinə malikdir. Rəqəmsal xidmət ixracı və beynəlxalq texnoloji tərəfdaşlıqlar ölkənin geoiqtisadi mövqeyini gücləndirəcək. Buna nümunə olaraq, ABŞ şirkətlərinin ölkəmizə maraq göstərməsi və İsrail ilə imzalanan Anlaşma Memorandumudur.

Yeni inkişaf fəaliyyət planına həsr olunmuş müşavirədə ölkənin strategiyasında yeni mərhələnin başlanğıcını simvolizə edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş məsələlər dövlət idarəçiliyinin modernləşdirilməsi, iqtisadiyyatın rəqəmsallaşdırılması, milli təhlükəsizliyin gücləndirilməsi və insan kapitalının inkişafına xidmət edir. “Azərbaycanın yeni rəqəmsal arxitekturası” innovativ, şəffaf və yüksək texnoloji idarəetmə sisteminə doğru aparan strateji yol xəritəsi kimi dəyərləndirilir.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu

üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər