PDF Oxu

Siyasət

  • 1 579

Tarixə hörmət, şəhidlərə ehtiram - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Xocalı şəhərində Memorial Abidə Kompleksinin açılışında iştirakı müasir Azərbaycan tarixində mühüm ictimai-siyasi və mənəvi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirilir. Bu mərasim dövlətin tarixi yaddaşa verdiyi önəmin, milli-mənəvi dəyərlərə sədaqətinin və suverenlik prinsiplərinin ardıcıl şəkildə təmin olunduğunun bariz nümunəsidir.

Xocalı şəhərində memorial abidənin ucaldılması, ilk növbədə, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edir. Dövlət başçısının şəxsən açılış mərasimində iştirak etməsi Azərbaycan dövlətinin öz tarixində baş vermiş faciələrə siyasi və mənəvi məsuliyyətlə yanaşdığını nümayiş etdirir. Bu addım milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xocalı şəhərində Memorial Abidə Kompleksinin inşa edilməsi Azərbaycan xalqının tarixində dərin iz buraxmış faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Abidə Kompleksi təkcə xatirə məkanı deyil, eyni zamanda milli yaddaşın qorunması, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və cəmiyyətin mənəvi dəyərlərinin möhkəmləndirilməsi baxımından mühüm ictimai əhəmiyyətə malikdir. Bu kompleks Azərbaycan xalqının öz tarixinə sahib çıxmasının və keçmişdən dərs alaraq gələcəyə inamla baxmasının simvoludur.

Memorial Abidə Kompleksinin məhz Xocalıda inşa edilməsi və açılışının keçirilməsi Azərbaycanın bu ərazi üzərində tam suverenliyinin təmin olunduğunu bir daha təsdiqləyir. Bu hadisə dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, ölkənin ərazi bütövlüyünün bərpasından sonra aparılan məqsədyönlü bərpa və quruculuq siyasətinin tərkib hissəsidir.

Eyni zamanda, açılış mərasimi beynəlxalq ictimaiyyətə ünvanlanan mühüm mesaj xarakteri daşıyır. Azərbaycan dövləti Xocalı ilə bağlı tarixi həqiqətlərin unudulmasına yol vermir və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl siyasət yürüdür.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Xocalı şəhərində Memorial Abidə Kompleksinin açılışında iştirakı təkcə mühüm dövlət tədbiri deyil, həm də tarixi ədalətin bərpası, milli yaddaşın möhkəmləndirilməsi və Azərbaycan dövlətçiliyinin gücünün və davamlılığının rəmzi ifadəsi kimi qiymətləndirilir. Bu hadisə Azərbaycanın öz tarixinə hörmətlə yanaşan, milli-mənəvi dəyərlərinə sadiq və gələcəyə inamla irəliləyən dövlət olduğunu bir daha nümayiş etdirir.

Nurlan Quliyev

YAP fəalı

Digər xəbərlər