PDF Oxu

Siyasət

  • 535

Dialoq və qarşılıqlı hörmət ŞƏRH

image

Müasir beynəlxalq sistem dərin dəyişikliklərin yaşandığı bir mərhələyə daxil olub. Geosiyasi rəqabətin güclənməsi, regional münaqişələrin genişlənməsi və iqtisadi risklərin artması qlobal münasibətlər sistemində yeni və mürəkkəb reallıqlar formalaşdırır. Bu şəraitdə dövlətlərin qarşılıqlı münasibətlərində sabitliyin qorunması əvvəlkindən daha çətin və eyni zamanda daha vacib məsələ kimi önə çıxır.

Belə bir dövrdə keçirilən XIII Qlobal Bakı Forumu beynəlxalq siyasətin aktual problemlərinin müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Forumda çıxış edən Ilham Əliyev müasir dünyanın keçid mərhələsindən keçdiyini və bu mərhələnin həm risklər, həm də yeni imkanlar yaratdığını diqqətə çatdırdı.

Dövlət başçısı çıxışında beynəlxalq hüququn bəzən seçmə şəkildə tətbiq olunmasının qlobal etimad mühitinə mənfi təsir göstərdiyini xüsusi vurğuladı. Bu cür yanaşma dövlətlər arasında inamsızlığı artırır və qarşıdurma riskini yüksəldir. Eyni zamanda, qlobal idarəetmə mexanizmlərinin zəifləməsi müxtəlif regionlarda böhranların dərinləşməsinə səbəb olur.

Prezidentin çıxışında əsas vurğulardan biri dialoq mədəniyyətinin qorunması idi. Onun sözlərinə görə, fikir ayrılıqları beynəlxalq münasibətlərin təbii elementidir, lakin bu ziddiyyətlər yalnız siyasi dialoq və qarşılıqlı hörmət əsasında həll edilə bilər.

Azərbaycanın tolerantlıq və multikulturalizm siyasəti də bu kontekstdə nümunə kimi təqdim edildi. Müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşaması ölkənin daxili sabitliyini gücləndirməklə yanaşı, beynəlxalq dialoqa da töhfə verir.

Pərviz Hüseynzadə

YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər