PDF Oxu

Siyasət

  • 589

AMEA-da bayramlar münasibətilə tədbirlər keçirilib - FOTOLAR

image

AHİK-in üzv təşkilatı olan AMEA Azad Həmkarlar İttifaqının yerli təşkilatlarında Novruz və Ramazan bayramları münasibətilə silsilə tədbirlər təşkil olunub.Tədbirlər çərçivəsində AMEA-nın Rəyasət Heyəti, Respublika Seysmoloji Xidmət Mərkəzi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi və Folklor İnstitutunda əməkdaşların iştirakı ilə bayram tədbirlər keçirilib.

Novruz bayramının milli-mənəvi dəyərlərimizin, birlik və həmrəyliyimizin rəmzi olduğunu, Ramazan bayramının isə mərhəmət, humanizm və paylaşma kimi ali dəyərləri təcəssüm etdirdiyini vurğulayıblar. Bildirilib ki, hər iki bayram xalqımızın zəngin mənəvi irsinin ayrılmaz tərkib hissəsidir.

Bayram tədbirləri çərçivəsində əməkdaşlara həmin təşkilatlar tərəfindən “Bazarstore” şəbəkəsindən hədiyyə kartları, eləcə də bayram sovqatları təqdim olunub, Ramazan süfrələri təşkil edilib. Tədbirlər kollektiv üzvləri tərəfindən böyük məmnunluqla qarşılanıb.

Sonda iştirakçılar bir-birini bayramlar münasibətilə təbrik edərək ölkəmizə sülh, rifah və davamlı inkişaf arzulayıblar.

Digər xəbərlər