Qədim tarixə, zəngin mədəniyyətə malik Azərbaycan bugünkü uğurları ilə yeni tarix yazır. Bu tarixin yana isə xalqımızın lideri, Qarabağ Fatehi Cənab İlham Əliyevdir. Məhz Fateh Sərkərdə İlham Əliyevin diplomatik bacarığı, uzaqgörən müdrik siyasəti nəticəsində 30 il erməni işğalı atında olmuş torpaqlarımız cəmi 44 gün ərzində azad edildi. 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə Qarabağdakı separatizmə son qoyuldu və insanlıq əleyhinə hərbi cinayətlər törədən canilər həbs edilərək istintaq orqanlarına təhvil verildilər. Artıq hərbi canilərə məhkəmə qurulub və onların hər biri məhkəmənin qərarı ilə layiq olduqları cəzanı alıblar. Bu gün işğaldan azad edilən ərazilərimiz rahat nəfəs alır. Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində Qarabağımız yenidən qurulur və inkişaf edir. Geniş miqyas alan tikinti, təmir və bərpa işlərindən sonra keçmiş qaçqın və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıtmaqla Qarabağımıza yeni nəfəs gətirirlər. Prezidentimiz İlham Əliyevin də dediyi kimi, "Qarabağımız cənnətə çevrilir”.
Azərbaycanın cəbhədə olduğu kimi işğaldan azad edilmiş ərazilərin qurulmasında möhtəşəm zəfərlərə imza atması dostları sevindirir, düşmənin isə bağrını yarır. Erməni maraqlarından çıxış edən bəzi xarici qüvvələr, eləcə də dövlətlər vaxtaşırı olaraq Azərbaycan haqqında qərəzli, açıqlamalar yayır, qərarlar qəbul edirlər. Hətta elə dövlətlərin parlamentləri var ki, onlar nasizmin və ermənizmin təzyiqi ilə hazırda həbsxanada cəzalarını çəkən Ermənistan Respublikasının vətəndaşları olan hərbi canilərin azad edilməsi ilə bağlı bəyanata yayırlar. Belə qətnamələr, bəyanatlar sadəcə kağız parçasından başqa bir şey olmasa da, müəyyən baxış bucağında bu kimi hallar təəccüb doğurur. Çünki dünya terrorizmdən əziyyət çəkdiyi halda Avropanın bəzi dövlətləri terrorçuları himayə edən açıqlamalar yayırlar, siyasətçiləri bəyanatlar səsləndirirlər.
Beynəlxalq norma və prinsiplərə görə, hər hansı dövlət başqa bir suveren dövlətin iç məsələlərini müzakirə edə və hər hansı bir qərarla çıxış edə bilməz. Lakin Avropanın və Rusiyanın bəzi ünsürləri öz daxili ağır problemlərini unudub Azərbaycanla bağlı məsələləri özlərinin dayaz düşüncələrinə və terrorçu xislətlərinə uyğun müzakirə edib, biabırçı qətnamələr qəbul edirlər. Bu günlər Niderland və Belçika parlamentlərinin nümayəndələr palatalarının Azərbaycan əleyhinə növbəti absurd qətnamə qəbul etməklə, şər yuvasına çevrildiklərini nümayiş etdirdilər.
Erməni lobbisinin xüsusi tapşırığı ilə qəbul edilən sənəd
Aprelin 16-da Niderland parlamentinin nümayəndələr palatası deputat Don Sederin təklifi ilə Bakıda Azərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni terrorçuları və qondarma erməni soyqırımının tanınması haqqında sənədlə hökumətə müraciət edib. Elə həmin gün Belçika parlamentinin nümayəndələr palatası deputat Mişel de Maqdanın oxşar məzmunlu sənədini qəbul edib. Sənəddə həmçinin Azərbaycanı könüllü tərk etmiş Qarabağ ermənilərinin geri qaytarılması tələb olunur. Sual edilir, belə gülünc sənədin qəbul edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması deyilmi? Azərbaycanın işğal edilmiş Qarabağ ərazisində terror aktları törədən, mülk şəxslərə qarşı kütləvi qətliamlar həyata keçirən və beynəlxalq humanitar hüquqa zidd addımlar atan Ermənistan Respublikasının vətəndaşları olan canilərin “erməni hərbi əsirləri” kimi qələmə verilərək, onların azad edilməsini iddia etmək beynəlxalq terrorizmin dövlət səviyyəsində dəstəklənməsi demək deyilmi?
Araşdırmalar təsdiq edir ki, Niderland və Belçika parlamentləri özlərini rüsvay edən sənəd qəbul etmələrinin arxasında erməni lobbisinin təsiri, nasistlərin tələbi dayanır. Çünki bu iki oyuncaq quruluş birbaşa ermənizmin və nasizmin təsiri altındadılar. Dəfələrlə Niderland və Belçika parlamentlərində Azərbaycana qarşı qərəz beynəlxalq ictimaiyyəti, demokratik düşüncəli xalqları təəccübləndirən sifarişli səslər qəbul ediblər. Halbuki beynəlxalq hüquq çərçivəsində həm Niderland, həm də Belçika Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ölkəmizin suverenliyini şübhə altına almır. Bu baxımdan, əsas ziddiyyət ondan ibarətdir ki, rəsmi səviyyədə suverenlik və ərazi bütövlüyü tanındığı halda, Azərbaycan ərazisində baş verən proseslərə dair siyasi ritorikada fərqli və seçici yanaşmalar ortaya çıxır.
Növbəti sual yaranır, Belçika və Niderland dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları halda nədən parlamentləri rüsvayçı qətnamə qəbul ediblər? Sualın cavabı aydındır, onlar müstəqil deyillər və ermənizmin və nasizmin tələbi ilə beynəlxalq hüquqa zidd sənəd qəbul ediblər. Nəzərə almaq lazımdır ki, hazırda Niderland daxilində əsas idarəetmə nasistlərin əlindədir. Çox vaxtı hakimiyyət müstəqil mövqe sərgiləməyə cəhd edən zaman kabinet üzvləri ya öldürülür, ya da şantaj olunurlar. Bəzi hallarda isə baş nazirə təsir etmək üçün nasistlər hökumət üzvlərinin istefalarını təşkil edirlər. Misal olaraq nasistlərdən hesab olunan ifrat sağçı Azadlıq Partiyasının lideri Gert Vildersin Baş nazir Dik Şofun islah etmək də çətinlik çəkdiyini anladığı üçün onu siyasi cəhətdən məhv etməyə çalışıb və istəyinə də nail olmuşdu. Belə ki, nazirlərini geri çağırması nəticəsində Baş nazir Dik Şofun hökumət kabinəsi dağılıb. Bunla da Dik Şofun 11 aylıq hakimiyyəti Niderland siyasi tarixində ən qısa ömürlü hökumətlərdən biri kimi düşüb. Növbədənkənar parlament seçkilərində demokratik, azad düşüncəli siyasi partiyaların qələbə qazanmaq şansları yoxdur. Çünki nasistlər bütün sahələrə nəzarəti öz əllərinə alıblar. Hətta nasistlər tərəfindən terrorla hədələnən bəzi siyasətçilər qorxduqları üçün seçki marafonundan geri çəkilirlər.
Nasizm Niderlandın siyasi hakimiyyətini ələ alır
Məlum faktdır ki, artıq Avropada nasizm açıq şəkildə fəaliyyət göstərir. Hətta dövlətlər nasist təşkilatlarının maliyyələşməsinə büdcədən milyardlarla vəsait ayırırlar. Bir qədər əvvəl Niderlanda, Belçika və Finlandiyada keçirilən seçkilərdə Adolf Hitlerin əqidə dostları, nasizm tərəfdarları əsas namizəd kimi irəli sürülüb. Niderlanda, Belçika və Finlandiya KİV-ləri Adolf Hiterin küçələrdə divarlara yapışdırılan şəkillərini və “Səs ver və qalib ol” çağırışlarını dərc edib, paylaşıblar. Məlumata görə, nasizmin təbliğatçısı rolunda mərkəzi ofisi Almaniyada yerləşən və bütün Avropanı əhatə edən “Peqida” neofaşist gənclər təşkilatı çıxış edir. Finladiyanın qeyri-rəsmi dövlət nəşri olan “Yle” bu barədə məqaləsində qeyd edir ki, əhali nasistlərə müsbət yanaşırlar: “Onlar vətəndaşları nasist lideri Adolf Hitlerə səs verməyə çağırıblar. Seçim düzgün olsa ölkəmiz gücü olar və əhalimiz daha yaxşı və firavan yaşayır qazanar Vərəqələrdə onun nömrəsi 88-dir. Neonasist simvolizmində bu rəqəm nasistlərin “Heil Hitler” salamına istinad edir”.
Almaniyanın, Fransanın, Niderlandın, Belçikanın və İtaliyanın tutduğu yol daha təhlükəlidir. Çünki faşizmin yenidən baş qaldırması üçün sözügedən dövlətlərin geniş fəallıq nümayiş etdirirlər. Həm də bu işin qurulması üçün milyardlar xərcləyirlər. Bu isə növbəti faciələrin baş verməsinə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, ikinci dünya müharibəsi illərində Adolf Hitlerin ən yaxın müttəfiqləri Niderland, Yaponiya və İtaliya dövlətləri olmuşlar. Ona görə, tərəqqipərvər xalqlar və nüfuzlu beynəlxalq təşkilatlar ehtiyatlı və tədbirli olmalıdırlar.
İLHAM ƏLİYEV