PDF Oxu

Siyasət

  • 862

Radikal müxalifət liderləri ümummilli qələbələrə niyə biganə qalır? - DEPUTAT DANIŞDI

Radikal müxalifət liderləri ümummilli qələbələrə niyə biganə qalır? - DEPUTAT DANIŞDI

“Azərbaycan xalqı Zəfər Gününü və Bayraq Gününü böyük təntənə ilə qeyd etdi. Bayrağımız bizim kimliyimizi, tariximizin dərinliklərindən gələn dövlətçiliyimizi və müstəqilliyimizi simvolizə edir. 8 Noyabr Azərbaycan xalqının uzun illər gözlədiyi, xüsusi hazırlıq gördüyü və böyük fəxarət hissi ilə qeyd etdiyi tarixi gündür. Azərbaycan əsgəri öz rəşadəti ilə torpaqlarımızı işğaldan azad etdi”.

Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.Onun sözlərinə görə, biz həm 8, həm də 9 noyabr tarixlərində çoxsaylı insanların Zəfər Parkına, Şəhidlər xiyabanına və digər anım məkanlarına üz tutduğunu gördük:”Lakin nədənsə burada müxalifət nümayəndələrini, xüsusilə də onların liderlərini görmədik. Nədənsə Zəfər Parkına gəlmək, Zəfər Günü, Anım Günü və Dövlət Suverenliyi Günü ilə bağlı tədbirlərdə iştirak etmək onları maraqlandırmır. Onlar şəhidlərin dəfn mərasimlərində və anım tədbirlərində də görünmürlər.Məgər Azərbaycanın taleyi, tarixindəki əlamətdar günlər və qələbələri onlar üçün də əziz deyil? Nə üçün əllərində bir dəstə gül Şəhidlər xiyabanına gəlmir, nə üçün Zəfər Parkında onları görmürük? Bu, xalqın qələbəsidir, Azərbaycanın qələbəsidir. Bəs onların fəaliyyəti Azərbaycan üçün deyilmi? Yoxsa Ermənistan üzərində qazanılan qələbə, erməni qoşunlarının Azərbaycan torpaqlarından rəşadətli əsgərlərimiz tərəfindən qovulması onları sevindirmir?Bu, ilk dəfə deyil ki, ümummilli məsələlərdə onların susqunluğunun, kənarda qalmasının və hər hansı fikir bildirməkdən yayınmasının şahidi oluruq. Belə məqamlarda siyasi fikir ayrılıqlarını kənara qoyaraq milli birlik və həmrəylik nümayiş etdirmək vacibdir. Çünki Zəfər Günü hər hansı siyasi partiyanın deyil, bütövlükdə Azərbaycan xalqının tarixidir. Şəhidlərin xatirəsinə ehtiram göstərmək, qazilərə diqqət və qayğı ilə yanaşmaq, dövlətin əldə etdiyi tarixi uğurları bölüşmək siyasi mənsubiyyətdən asılı olmayan ümumi vətəndaş məsuliyyətidir”.
Müəllif: Günay Hacıyeva

Digər xəbərlər