PDF Oxu

Siyasət

  • 1 281

"Azərbaycan və Türkiyənin koordinasiyalı siyasəti Cənubi Qafqazda sabitliyə xidmət edir" - POLİTOLOQ

"Azərbaycan və Türkiyənin koordinasiyalı siyasəti Cənubi Qafqazda sabitliyə xidmət edir" - POLİTOLOQ

"Mövcud geosiyasi proseslər fonunda Azərbaycan-Türkiyə müttəfiqliyinin Cənubi Qafqazdakı rolu da keyfiyyətcə yeni mərhələyə qədəm qoyur".Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.Onun sözlərinə görə, əgər əvvəllər bu əməkdaşlıq daha çox Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi və regional təhlükəsizlik məsələləri ətrafında formalaşırdısa, bu gün artıq regionun gələcək siyasi və iqtisadi arxitekturasının müəyyənləşdirilməsində mühüm amilə çevrilir. Azərbaycanın 2020-ci ildə qazandığı Qələbə və sonrakı proseslər Cənubi Qafqazda yeni reallıqlar yaradıb:"Türkiyə isə Azərbaycanın ən yaxın strateji müttəfiqi olaraq həmin reallıqların dayanıqlı sülhə, iqtisadi inteqrasiyaya və regional əməkdaşlığa çevrilməsində mühüm rol oynaya bilər. Xüsusilə Ermənistanla münasibətlərin normallaşdırılması, regional kommunikasiyaların açılması və Orta Dəhlizin inkişafı Bakı-Ankara əməkdaşlığının geoiqtisadi əhəmiyyətini daha da artırır. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən gərginlik və böyük güclər arasında rəqabətin kəskinləşməsi fonunda Azərbaycanla Türkiyənin koordinasiyalı siyasəti regionda sabitləşdirici amil kimi çıxış edir. Hesab edirəm ki, Ərdoğanın bu səfərinin əsas siyasi nəticəsi də məhz bundan ibarətdir: Azərbaycan-Türkiyə müttəfiqliyi artıq yalnız mövcud təhlükələrə qarşı birgə mövqe nümayiş etdirən ittifaq deyil, həm də Cənubi Qafqazın gələcək inkişaf istiqamətlərinə təsir göstərən strateji güc mərkəzidir. Bu baxımdan səfər həm regional aktorlara, həm də Cənubi Qafqazda maraqları olan qlobal güclərə Bakı ilə Ankaranın vahid strateji baxışının davamlı olduğu mesajını verdi".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər