PDF Oxu

Siyasət

  • 625

Heydər Əliyev irsi: şanlı Zəfərdən parlaq gələcəyə - FOTOLAR

image

06 may 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Rafiq Alıcanov 8A”, “Rafiq Alıcanov küçəsi 18” və “Şıxəli Qurbanov küçəsi 19” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə dəyirmi masa keçirilib.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov bildirib ki, Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi dahi lideri olub. Biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı həm yaradan, həm möhkəmləndirən, dünyada tanıtdıran, həm də gələcəyə doğru inamla aparan şəxsiyyət idi.

Daha sonra çıxış edən natiqlər – “Rafiq Alıcanov 8A” Ərazi Partiya Təşkilatının sədr müavini Şəfayət Bağırov, partiya fəalı Raqif Qurbanov və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı inamla irəli aparır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilmiş, işğal altında olan torpaqlarımız azad olunmuş, Zəfər salnaməsi tarixdə layiqli yerini almışdır.

Digər xəbərlər