PDF Oxu

Siyasət

  • 476

Samuxda rəsm sərgisi keçirilib - FOTOLAR

image

Mayın 6-da Samux rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının, Samux rayonu üzrə Təhsil Sektorunun və Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə rəsm sərgisi keçirilib.

Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux rayon İcra Hakimiyyəti Başçısının müavini- Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nüranə Həsənova, YAP Samux rayon təşkilatının əməkdaşları, Samux rayonu üzrə Təhsil Sektorunun nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən, onun Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, bu cür tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsində, Ulu Öndərin ideyalarının təbliğində mühüm rol oynayır.

Tədbirdə çıxış edən Samux rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Xəlilova, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nüranə Həsənova qeyd ediblər ki, Heydər Əliyevin həyat və fəaliyyəti hər zaman gənclər üçün örnəkdir. Onun ideyalarının incəsənət vasitəsilə ifadəsi şagirdlərin yaradıcılıq potensialının inkişafına da töhfə verir.

Daha sonra rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladıqları rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Qeyd edək ki, rəsm sərgisində qalib gələn şagirdlərə diplom və qiymətli hədiyyələrin Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr edilmiş ümumrayon tədbirində təqdim edilməsi nəzərdə tutulub.

Digər xəbərlər