Deutsche Bank-ın London filialı Rusiyaya qarşı sanksiyalarını pozduğuna görə 165.000 funt sterlinq (təxminən 221.000 dollar) cərimə olunub.Bu barədə Böyük Britaniyanın Maliyyə Sanksiyalarının İcrası İdarəsi (OFSI) məlumat verib. Bank 2022-ci ilin iyun və iyul aylarında sanksiya tətbiq edilən bir qurumla əlaqəli olan Rusiya qurumuna təxminən 635.619 funt sterlinq dəyərində iki ödəniş edib.
Bankın London filialı bu ödənişləri 2022-ci ilin sentyabr ayında OFSI-yə özü bildirib və bu, ona ilkin 300.000 funt sterlinq cərimə üzrə 45 faiz endirim hüququ verib.
"Deutsche Bank sanksiyalara uyğunluğa çox ciddi yanaşır. Biz sanksiyalara uyğunluq çərçivəmizin və əlaqəli proseslərin bütün aspektlərini gücləndirmişik və gücləndirməyə davam edirik", - bankın sözçüsü bildirib. 2025-ci ildə Almaniyada Rusiyaya qarşı sanksiyaları pozduğuna görə beş nəfər məhkum edilib.
Aprel ayında Latviyanın Riqa Şəhər Məhkəməsi bir sahibkarı Rusiyaya qarşı AB sanksiyalarını pozmağa cəhd etdiyinə görə 10.140 avro cərimələyib.
İlham