PDF Oxu

Siyasət

  • 813

“Qələbənin canlı tarixçiləri”

image

24 iyun 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatı tərəfindən,Şərur rayon Olimpia İdman Kompleksində 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş “Qələbənin canlı tarixçiləri” adlı tədbir keçirilmişdir.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri Əmir Babayev çıxış edərək 26 İyun – Silahlı Qüvvələr Gününün tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun güclənməsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi qələbələr haqqında ətraflı məlumat vermişdir.
Həmçinin Əmir Babayev Vətən müharibəsi iştirakçılarının və qazilərin keçdiyi döyüş yollarından, Vətənə xidmətin məsuliyyətindən, hərbi xidmət illərində qazandıqları təcrübələrdən danışmış, gəncləri Vətənə, dövlətə və milli-mənəvi dəyərlərə sadiq olmağa çağırmışlar.
Sonra tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Ceyhun Davıdov, Vətən müharibəsi qaziləri Əli Əlisoy və Həmzə Əliyev Azərbaycan Ordusunun qüdrətindən, Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdən və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyindən bəhs etmişlər.
Tədbirin sonunda qazilərə göstərdikləri qəhrəmanlığa və gənclərlə görüşdə iştirak etdiklərinə görə təşəkkür edilmiş, onlara hədiyyələr təqdim olunmuşdur.
Sonda xatirə şəkli çəkdirilmişdir.

Digər xəbərlər