PDF Oxu

Siyasət

  • 1 151

“Heydər Əliyev və Müasir Azərbaycan”

image

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Kazım Kazımzadə küçəsi 20” ünvanı üzrə ərazi partiya təşkilatında “Heydər Əliyev və Müasir Azərbaycan” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib
Tədbirdə “Azərişıq” ASC-nin Hüquq idarəsinin rəisi, ərazi partiya təşkilatının sədri Arif Ləzimzadə, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, “Azərişıq” ASC-nin sədr müavini Qədir İsmayılov, “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, “Azərişıq” ASC-nin Normativ Tənzimləmə şöbəsinin baş mütəxəssisi Daşqın Qənbərov və Strateji Araşdırma və Planlaşdırma şöbəsinin baş mütəxəssisi Elvin Şıxəliyev çıxış ediblər.
Natiqlər Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı aparıcı rolundan, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.
Qeyd olunub ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub, xalqımızın ən ali məqsədi gerçəkləşdirilib.
Sonda Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Digər xəbərlər