PDF Oxu

Siyasət

  • 857

"Regionlarda gənclər arasında incəsənətin təbliği" - FOTOLAR

image

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, "İncəsənətin Tərəqqisinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Regionlarda gənclər arasında incəsənətin təbliği" layihəsi çərçivəsində Ağstafa, Qazax və Tovuz rayonlarında silsilə tədbirlər keçirilmişdir. Layihəsi çərçivəsində ilk maarifləndirici tədbir Ağstafa rayonunda təşkil olunmuşdur.

Tədbir Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağstafa Uşaq Musiqi Məktəbində keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Açılış nitqi ilə çıxış edən “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin sədri Turanə Oruclu gənclər arasında incəsənətin təbliğinin əhəmiyyətindən bəhs etmişdir.

O, çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəniyyət və incəsənət sahəsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyini vurğulamış, Birinci vitse-prezident Mehriban Əliyevanın muğamın, aşıq sənətinin və digər milli-mədəni irsimizin qorunması və təbliği istiqamətində həyata keçirdiyi layihələr haqqında məlumat vermişdir.

Daha sonra Ağstafa Uşaq Musiqi Məktəbinin direktoru Arif Əliyev çıxış edərək gənclərə incəsənət sahəsində uğur qazanmaq üçün öz tövsiyələrini vermişdir.

Tədbirdə məktəbin fortepiano şöbəsinin müdiri Günəş Musayeva, fortepiano müəllimi Sevda Musayeva, musiqi ədəbiyyatı müəllimi Reyhan Seyidova və tədris hissə müdiri Afət Qurbanova da çıxış etmişlər. Natiqlər öz çıxışlarında gənclərə incəsənətin inkişafı, yaradıcılıq potensialının artırılması və milli-mədəni dəyərlərin qorunmasının vacibliyi barədə fikirlərini bölüşmüşlər.

Tədbir Ağstafa Uşaq Musiqi Məktəbinin şagirdlərinin təqdim etdikləri rəngarəng musiqi nömrələri ilə davam etmiş və bədii hissə ilə yekunlaşmışdır.

Növbəti naarifləndirici tədbirQazax rayonunda keçirilmişdir..

Tədbirdən əvvəl İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə Orucova Qazax rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyi və əməkdaşları ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, daha sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən foto- stendlə tanış olmuşlar.

Qazax Ədəbiyyat Muzeyində keçirilən tədbir Qazax şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir.

Açılış nitqi ilə çıxış edən İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə Orucova layihənin məqsədləri haqqında ətraflı məlumat vermişdir. O, Azərbaycan mədəniyyətinin və incəsənətinin zəngin tarixi köklərə malik olduğunu, milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulamışdır. Natiq çıxışında Dövlətin incəsənətin inkişafında göstərdiyi diqqət və qayğıdan, həyata keçirilən Dövlət proqramlarından ətraflı bəhs etdi.

Daha sonra Qazax Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quliyeva çıxış edərək mədəniyyət və incəsənətin Qazax bölgəsində və ümumilikdə Azərbaycanda əhəmiyyətindən danışmış, bu sahənin gənclərin inkişafında mühüm rol oynadığını vurğulamışdır.

Tədbirdə çıxış edən Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova isə incəsənət sahəsində fəaliyyət göstərən dərnəklər barədə məlumat vermiş, gənclərin həmin dərnəklərə cəlb edilməsinin vacibliyini qeyd etmişdir.

Eyni zamanda, tədbir çərçivəsində gənc istedadlı rəssamların əl işlərindən ibarət rəsm sərgisi təşkil olunmuşdur. Sərgidə nümayiş etdirilən əsərlər iştirakçılar tərəfindən maraqla qarşılanmış, gənclərin yaradıcılıq bacarıqları və incəsənətə olan maraqları yüksək qiymətləndirilmişdir.

Tədbir bədii hissə ilə davam etmişdir.

Layihəsi çərçivəsində növbəti tədbir Tovuz rayon Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində təşkil edilmişdir.

Tədbirdən öncə İctimai Birliyinin sədri Turanə Orucova və tədbir iştirakçıları muzeylə yaxından tanış olmuş, muzeyin bələdçi işçisi Pakizə Abbasova tərəfindən görkəmli el sənətkarı, ustad aşıq Hüseyn Bozalqanlının həyat və yaradıcılığı, Azərbaycan aşıq sənətinin inkişafındakı xidmətləri, eləcə də milli mədəniyyətimizin qorunmasında oynadığı mühüm rol barədə iştirakçılar məlumatlandırılmışdır.

Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Açılış nitqi ilə çıxış edən İctimai Birliyinin sədri Turanə Orucova layihənin məqsədi, əhəmiyyəti və qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Natiq çıxışı zamanı vurğulanmışdır ki, Azərbaycan mədəniyyəti və incəsənəti xalqımızın tarixini, milli kimliyini və mənəvi dəyərlərini özündə əks etdirən ən mühüm sahələrdən biridir. Gənclərin incəsənətə cəlb olunması onların estetik zövqünün formalaşmasına, yaradıcılıq potensialının inkişafına və milli-mədəni irsimizə bağlılığının güclənməsinə mühüm töhfə verir. Qeyd olunmuşdur ki, belə layihələr regionlarda yaşayan istedadlı gənclərin üzə çıxarılmasına, onların yaradıcılıq fəaliyyətinin dəstəklənməsinə və mədəniyyət sahəsində fəallığının artırılmasına xidmət edir.

Daha sonra Tovuz rayon sakini, ictimai fəal Nazim Quliyev çıxış edərək gənclərə öz tövsiyələrini vermiş, milli-mənəvi dəyərlərimizin qorunması, milli irsimizin yaşadılması və gələcək nəsillərə ötürülməsinin vacibliyindən bəhs etmişdir. O, gənclərin milli kimliyimizin formalaşmasında və mədəniyyətimizin qorunmasında mühüm rol oynadığını vurğulamış, bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd etmişdir.

Tədbirdə çıxış edən Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin direktoru Əmina Mirzayeva bu cür tədbirlərin regionlarda keçirilməsini yüksək qiymətləndirmişdir. O, layihənin gənclərin maariflənməsinə, milli mədəniyyətimizin təbliğinə və incəsənətə marağın artırılmasına mühüm töhfə verdiyini bildirmiş, tədbirin təşkilinə görə “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinə təşəkkürünü ifadə etmişdir.

Tədbirdə çıxış edən mədəniyyət işçiləri: Rəsm Qalereyasının əməkdaşı Şücaət İsmayılova, Mədəniyyət Mərkəzinin əməkdaşı Nigar Əhmədova, Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi Gültəkin Qasımova və digər çıxış edənlər incəsənətin cəmiyyət həyatındakı rolu, mədəni irsin qorunması və gənclərin bu sahəyə cəlb olunmasının vacibliyi barədə fikirlərini bölüşmüşlər.

Tədbirin bədii hissəsində gənc saz ifaçılarının, Zirvə rəqs ansamblının çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Digər xəbərlər