PDF Oxu

Siyasət

  • 1 295

Şəhid mayor Ələkbərov Fərid Tahir oğlunun məzarı ziyarət edilib

image

Hərbi Memorial Məzarlıqda şəhid mayor Ələkbərov Fərid Tahir oğlunun mövlud günü münasibətilə məzarı ziyarət edilib, əziz xatirəsi yad olunub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, YAP Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət edilib, önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Ziyarətdən sonra şəhid mayor Ələkbərov Fərid Tahir oğlunun xatirəsinə ehsan süfrəsi açılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən şəhid mayor Ələkbərov Fərid Tahir oğlu sağlığında "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, II dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, şəhadətindən sonra isə "Vətən uğrunda" medalı, "İgidliyə görə" medalı, "Şuşanın azad olunmasına görə" medalı, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər