PDF Oxu

Siyasət

  • 412

YAP Nərimanov rayon təşkilatı tərəfindən YAP-ın yaranmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

YAP Nərimanov rayon təşkilatı tərəfindən YAP-ın yaranmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 34-cü ildönümü münasibətilə YAP Nərimanov rayon təşkilatının “A.Nemətulla küçəsi 105” ünvanı üzrə Ərazi Partiya Təşkilatında (“SOCAR”-ın Kompleks Qazma Tresti) tədbir təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Kompleks Qazma Trestinin rəhbəri Rəşad Əsgərov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, ölkənin ictimai-siyasi həyatında tutduğu mövqedən və 34 il ərzində keçdiyi inkişaf yolundan bəhs edib. O, partiyanın Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörən strategiyası əsasında yaradıldığını, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla fəaliyyət göstərdiyini vurğulayıb.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxışında partiyanın yaranmasını zəruri edən tarixi şəraitə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının formalaşmasında və Azərbaycanın inkişafında oynadığı müstəsna rola toxunub. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və hərbi uğurların Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsədlərin ardıcıl şəkildə həyata keçirilməsinin nəticəsi olduğunu qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər də YAP-ın 34 illik fəaliyyətinin əhəmiyyətindən, partiyanın dövlətçilik maraqlarının qorunmasında, milli həmrəyliyin gücləndirilməsində və ölkənin davamlı inkişafında rolundan bəhs ediblər.
Sonda Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim edilib, onlara partiyanın sıralarında uğurlu fəaliyyət arzulanıb.

Digər xəbərlər