ABŞ prezidenti D. Tramp 2022-ci ildən Rusiyada həbsdə olan keçmiş ABŞ dəniz piyadası Robert Gilmanın ABŞ-a qayıdacağını açıqlayıb. O, bunun Kreml lideri Vladimir Putinlə söhbətləri zamanı razılaşdırıldığını söyləyib: “Prezident Vladimir Putinlə müzakirələrdən sonra Rusiya onu yalnız humanitar səbəblərdən azad etməyə razı oldu”.
Söz yox ki, Rusiyanın keçmiş ABŞ dəniz piyadası Robert Gilmanın həbsdən azad edilməsi qarşılığında rəsmi Vaşinqitondan tələbləri olacaq. Belə demək mümkünsə rəsmi Kreml keçmiş ABŞ dəniz piyadası Robert Gilmanı satışa çıxarır. Hərbçinin neçəyə və hansı önəmli maraqlar qarşılığında satıldığı isə yaxın vaxtlarda məlum olacaq.
Qeyd edək ki, 2019-cu ilin avqustundan 2020-ci ilin avqustuna kimi ABŞ Dəniz Piyadaları Korpusunda xidmət etmiş Gilman 17 yanvar 2022-ci ildə Voronejdə qatarla səyahət səfəri zamanı həbs olunub.
Rusiya mediasının məlumatına görə, o, sərxoş vəziyyətdə polis məmuruna təpik vurduğu iddiası ilə həbs olunub. O, 4.5 il azadlıqdan məhrum edilib. Lakin atası 11 oktyabr 2024-cü ildə Boston Globe qəzetində dərc edilmiş məqalədə ittihamların uydurma olduğunu yazıb. O, oğlunun hadisə zamanı özünü pis hiss edib və polis isə bunu nəzərə almayıb.
Məlumat üçün onu da qeyd etmək lazımdır ki, fevral ayında Rusiya ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiyaya səfəri zamanı amerikalı müəllim Mark Vogeli həbsdən azadlığa buraxmışdı.
İlham