PDF Oxu

Siyasət

  • 344

Zəfərin işığında canlanan gözəl diyar - ŞƏRH

Zəfərin işığında canlanan gözəl diyar - ŞƏRH

Müqəddəs Vətən torpağı xalqın tarixini, yaddaşını və mənəvi dünyasını özün­­də yaşadır. Bu torpaqlar içərisində elə yaşayış məskənləri ki, onların taleyi bü­töv bir xal­qın sevincinə, kədərinə, mübarizəsinə və qüruruna çevrilir. Ağdam da Azər­bay­ca­nın taleyində belə xüsusi yeri olan qədim yurd yerlərimizdəndir. Uzun il­lər iş­ğa­lın ağrı-acısını yaşayan, azadlıq gününü gözləyən bu şəhər 2020-ci il 20 noyabr gü­nün­də azadlığına qovuşaraq yeni tarix yazdı.

Məhz buna görə 20 noyabr Azərbaycan xalqının yaddaşında əlamətdar günlər­dən bi­ri­dir. Bu tarix Ağdamın yenidən öz sahibinə qovuşduğu, uzun illər həsrətində ol­du­ğu azadlığa çatdığı gündür. Ağdam Şəhəri Günü təkcə bir şəhərin qurtulu­şu­nun de­yil, həm də milli iradənin, tarixi ədalətin və qayıdış arzusunun ger­çək­ləş­mə­si­nin təntənəsidir.

Bu gün Ağdamın adını çəkərkən insanın düşüncəsində bir-birindən fərqli, lakin bir-birini tamamlayan mənzərələr canlanır. Bir tərəfdə tarixi abidələri, zəngin mə­də­niyyəti, qaynar ictimai həyatı və qonaqpərvər insanları ilə tanınan qədim Qa­ra­bağ şəhəri, digər tərəfdə isə işğal illərində viran qoyulmuş, dağıdılmış, lakin ruhu və kimliyi məhv edilməmiş bir məskən dayanır. İndi isə bu mənzərələrə üçüncü bir sə­hifə əlavə olunub: yenidən qurulan, müasir inkişaf yoluna qədəm qoyan və sa­kin­lərini doğma ocaqlarına səsləyən yeni Ağdam.

Ağdam Qarabağın qədim yaşayış məskənlərindən biri, Azərbaycanın ictimai, iq­tisadi və mədəni həyatında özünəməxsus yeri olan şəhərdir. Şəhərin əsası XVIII əsr­də qoyulmuşdur. Qarabağ xanlığı dövründən etibarən mühüm yaşayış məntəqəsi ki­mi formalaşan Ağdam zaman keçdikcə bölgənin iqtisadi və mədəni mər­kəz­lə­rin­dən birinə çevrilmişdir.

Pənah xanın İmarəti, Pənah xanın və Xanoğlunun türbələri, qədim məscidlər, di­gər memarlıq və tarixi abidələr Ağdamın zəngin keçmişindən xəbər verirdi. Şə­hə­rin tanınmış Çörək Muzeyi də onun mədəni həyatının maraqlı nümunələrindən bi­ri idi. Bütün bunlar Ağdamı sadəcə yaşayış məntəqəsi deyil, tarixi və mədəni yad­­daşın qorunduğu mühüm məkan kimi səciyyələndirirdi.

Lakin XX əsrin sonlarında regionda baş verən hadisələr bu qədim şəhərin ta­le­yi­ni ağır sınaqlarla üz-üzə qoydu. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nə­ticəsində 1993-cü il iyulun 23-də Ağdam şəhəri işğal edildi. Bununla da şəhərin dinc həyatı dayandı, minlərlə insan öz doğma evindən didərgin düşdü. İşğal nə­ti­cə­sin­də Ağdamın yaşayış binaları, sosial obyektləri, mədəniyyət müəssisələri və tari­xi abidələri böyük dağıntılara məruz qaldı.

Azərbaycan xalqının uzun illər davam edən mübarizəsi, dövlətimizin güc­lən­mə­si, or­du­mu­zun döyüş qabiliyyətinin yüksəldilməsi və milli birliyimizin möh­kəm­lənməsi torpaqlarımızın azadlığı üçün həlledici zəmin yaratdı. 44 gün davam edən müharibədə Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş et­dirdi. Döyüş meydanında əldə olunan uğurlar Ermənistanı kapitulyasiya xa­rak­ter­li üçtərəfli bəyanatı imzalamağa və işğal altında saxladığı əraziləri boşaltmağa məc­­­bur etdi.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq noyabrın 20-də Ağdam rayonunun işğal altında olan hissəsi Azərbaycana qaytarıldı. Belə­lik­lə, təxminən 27 illik işğala son qoyuldu. Ağdamın azad edilməsi Vətən müha­ri­bə­sin­də qazanılmış tarixi Qələbənin məntiqi nəticələrindən biri oldu.

Bu hadisənin özünəməxsus xüsusiyyəti də var idi. Ağdam döyüş əməliyyatları apa­rılmadan və itki verilmədən Azərbaycana qaytarıldı. Lakin bu nəticə öz-özünə əl­də edilməmişdi. Onun arxasında Azərbaycan Ordusunun döyüş meydanında qa­zandığı qələbələr, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti dayanırdı.

23 noyabr 2020-ci ildə Prezident İlham Əliyev Ağdam şəhərinə səfəri zamanı Azər­baycan bayrağını ucaltması Ağdamın yeni tarixinin başlanğıcını sim­volizə edən mühüm hadisə oldu.

Ağdamın azad edilməsi ilə ərazi bütövlüyümüzün bərpası istiqamətində mühüm addımın atılması ilə bərabər həm də illərlə doğma yurda qayıtmaq arzusu ilə ya­şa­yan insanların ümidləri yenidən canlandı.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr Ağ­dam Şəhəri Günü kimi təsis edildi. Bu qərar tarixi hadisənin əbədiləşdirilməsi, gə­lə­cək nəsillərin yaddaşında yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.

İşğal dövründə şəhərin üzləşdiyi dağıntıların miqyası olduqca böyük idi. Buna gö­rə də bərpa prosesi yalnız ayrı-ayrı binaların inşası ilə məhdudlaşa bilməzdi. Ye­ni Ağdamın müasir şəhərsalma prinsipləri əsasında qurulması, mühəndis-kom­mu­ni­kasiya sistemlərinin yenilənməsi, nəqliyyat infrastrukturunun yaradılması, yaşa­yış və ictimai məkanların kompleks şəkildə planlaşdırılması əsas prioritetlərə çev­ril­di.

Ağdam Sənaye Parkının yaradılması da bu baxımdan mühüm əhəmiyyət da­şı­yır. Sənaye parkı bölgədə istehsalın genişləndirilməsi, yeni iş yerlərinin açılması, sa­hibkarlığın inkişafı və iqtisadi fəallığın artırılması üçün əlverişli imkanlar ya­radır. Nəticədə Ağdam tədricən həm yaşayış məkanı kimi həm də Qa­ra­ba­ğın mü­hüm iqtisadi mərkəzlərindən biri kimi formalaşır.

Şəhərin tarixi-mədəni irsinin qorunması da yenidənqurma prosesinin vacib isti­qa­mətlərin­dən­dir. Ağdam Cümə məscidinin bərpası, İmarət Kompleksində aparılan iş­lər, tarixi abidələrin qorunması və Ağdam Muğam Mərkəzinin yara­dıl­ması şə­hə­rin mənəvi simasının yenidən canlandırılmasına xidmət edir.

Xüsusilə Muğam Mərkəzinin fəaliyyəti Ağdamın musiqi ənənələrinin gələcək nə­sil­lərə ötürülməsi baxımından əhəmiyyətlidir. Çünki Ağdamın kimliyini mü­əy­yən edən əsas xüsusiyyətlərdən biri də onun zəngin muğam və sənət mühitidir. Şə­hə­rin yenidən qurulması həm də bu mədəni irsin yaşadılması deməkdir.

27 mart 2025-ci ildən etibarən Ağdam şəhərinə keçmiş məcburi köçkünlərin qa­yıdışına başlanılması Qayıdış proqramında mühüm mərhələ oldu. Yeni mən­zil­lə­rin sakinlərinə təqdim edilməsi, sosial infrastrukturun istifadəyə verilməsi və ya­şa­yış şəraitinin yaradılması Böyük Qayıdışın real nəticələrini nümayiş etdirir.

Ağdamın yenidən qurulması həm də dünyaya mühüm mesajdır: dağıdılmış şə­hər­lər yenidən qurula, pozulmuş həyat bərpa edilə, insanların ruhunda yaşayan ümid­­lər gerçəkləşə bilər. Bunun üçün siyasi iradə, iqtisadi imkanlar, milli birlik və gə­ləcəyə inam lazımdır.

20 Noyabr – Ağdam Şəhəri Günüdür. Bu əlamətdar gündə Ağdam uğrunda mü­ba­rizə aparmış qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qazilərimizin fə­dakarlığını minnətdarlıqla xatırlayırıq. Onların Vətən qarşısındakı xidmətləri heç vaxt unudulmayacaq.

Nemət Məmmədov

Yasamal rayonu ərazi partiya təşkilatının sədr müavini.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi.

Digər xəbərlər