PDF Oxu

Siyasət

  • 574

Almaniya bomba hücumuna məruz qaldı - FOTO

image

Almaniya hökumətinin Leypsiq hava limanında bomba yüklü dron hücumunda Rusiyanın iştirakını açıqlamasından sonra İsveçdə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. Bu barədə Baş nazir Ulf Kristersson məlumat verib.Kristersson bildirib ki, Almaniyanın Leypsiq hava limanında uğursuz dron hücumuna görə Rusiyanın məsuliyyətini açıqlamasından sonra Stokholmda çağırılan Milli Təhlükəsizlik Şurasının iclası bu yaxınlarda başa çatıb: “Görüşdə İsveç hərbi kəşfiyyatı və İsveç təhlükəsizlik xidməti hökumətlə Rusiyanın İsveçə qarşı hibrid təhdidi ilə bağlı qiymətləndirmələrini bölüşüblər. Hökumət hesab edir ki, Leypsiqdəki hadisələr Rusiyanın getdikcə daha aktivləşən hibrid fəaliyyətinin bir hissəsi kimi qəbul edilməlidir, bu fəaliyyət artan risk və laqeydliklə xarakterizə olunur”..

"Rusiyanın hərəkətlərinin məqsədi Ukraynaya Avropa dəstəyini sarsıtmaq, cəmiyyətlərimizə təzyiqi artırmaq, bölünmə və qorxu yaratmaqdır. Lakin Rusiya buna nail olmayacaq", - Kristersson əlavə edib.

Xatırladaq ki, 1 sentyabrda Almaniya Rusiyanı avqustun əvvəlində Leypsiq hava limanında hibrid hücumda birbaşa ittiham etdi və Bonndakı Baş Konsulluğun və Berlindəki Rus Evinin bağlanması da daxil olmaqla cavab tədbirləri elan edib. Buna cavab olaraq xarici işlər naziri Yohann Vadeful Rusiya səfirini çağırdı.

İlham

Digər xəbərlər