Bosniya və Herseqovinanın xarici işlər naziri Elməddin Konakoviç, Bosniya Serb Ordusunun komandiri, soyqırım və müharibə cinayətlərində məhkum edilmiş Ratko Mladiçin Belqradda dəfn mərasiminə cavab olaraq, Serbiyanın Sarayevodakı səfirliyinin iki işçisini persona non qrata elan edib. Bu barədə Televizija K3 məlumat yayıb. Çərşənbə axşamı günü hərbi attaşe Milan Dulanoviç və Serbiya Təhlükəsizlik və Kəşfiyyat Agentliyinin müşaviri Danko Maksimoviçə Sarayevodakı Serbiya səfirliyindən Bosniya və Herseqovinanı tərk etmək üçün 48 saat vaxt verilib.
Elməddin Konakoviç n sözlərinə görə, qərar onların Ratko Mladiçi tərifləyən fəaliyyətləri ilə əlaqədardır. Onun sözlərinə görə, Bosniya həmçinin 1 oktyabrda Monteneqroda imzalanması planlaşdırılan Qərbi Balkan ölkələri arasında mehriban qonşuluq münasibətləri və əməkdaşlıq haqqında memorandum imzalamaqdan imtina edəcək: “Biz belə bir Serbiya ilə mehriban qonşuluq münasibətləri haqqında sənədlər imzalamayacağıq. Serbiya Mladiçin dəfn mərasimi ilə bağlı hərəkətləri ilə "bütün qırmızı xətləri keçib". Serbiya Prezidenti Aleksandr Vuçiç Belqradın diplomatlarının qovulmasına qarşılıqlı tədbirlərlə cavab verəcəyini bildirib.
"Kiminsə diplomatlarını qovmaq qərarına gəldikdə, başqasının sizin diplomatlarınızı qovub-qovmayacağını düşünməlisiniz", - deyə Vuçiç vurğulayıb.
Eyni zamanda, Serbiya Prezidenti "isterik reaksiyalar spiralına düşməmək üçün" cavab tədbirlərinə tələsməyəcəyini bildirib.
Qeyd edə ki, Mladiç 27 avqustda Hollandiyadakı BMT həbsxanasında vəfat edib. 2021-ci ilin iyul ayında Mladiç 1992-1995-ci illər Bosniya müharibəsi zamanı bir sıra müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə, o cümlədən Sarayevonun mühasirəsi və Srebrenitsadakı soyqırıma görə ömürlük həbs cəzasına məhkum edilib. Lakin bəzi serb millətçiləri onu qəhrəman hesab edirlər.
Aİ-nin Genişlənmə üzrə Komissarı Marta Kos Mladiçin dəfn mərasimi səbəbindən Serbiyaya səfərini ləğv edib və bunun Serbiyanın Aİ-yə daxil olmasına təsir göstərə biləcəyinə işarə vurub. Bir neçə Avropa ölkəsi də müharibə cinayətkarının Serbiyada şərəflə dəfn edilməsini pisləyib.
İlham