PDF Oxu

Siyasət

  • 1 457

Qürur və Zəfər salnaməsinin yeni səhifəsi

image

“Azərbaycan 44 günlük Vətən müharibəsində və 23 saatlıq antiterror əməliyyatında yalnız Ermənistanın işğalçılıq siyasətinə deyil, uzun illər ərzində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş bütöv bir siyasi-ideoloji sistemə qalib gələrək əsas ümummilli hədəfinə nail oldu. Bu tarixi Zəfər heç kim tərəfindən bizə bəxş edilmədi – Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin misilsiz şücaəti, xalqımızın dövlət ətrafında sıx birliyi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və sərkərdəlik məharəti ilə əldə edildi. Bu gün Qarabağın hər bir şəhər və kəndinin azadlığı xalqımız üçün sadəcə tarixi hadisə deyil, milli qürur və böyük bayramdır. Prezident İlham Əliyevin azad edilmiş şəhərlərin günlərinin təsis edilməsi ilə bağlı imzaladığı sərəncamlar da bu Zəfərin əbədi olaraq milli yaddaşda yaşadılmasına xidmət edir. 20 Sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunması isə Azərbaycanın öz tarixi torpaqlarında dövlət suverenliyinin tam bərpasının rəmzi ifadəsidir.”Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.Deputat xatırladıb ki, dövlətimizin başçısı 2023-cü il 31 iyul tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Ölkə rəhbərinin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncamla isə həmin sənədə aşağıdakı məzmunlu dəyişiklik edilib: “20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü”. Beləliklə də, respublikamızda işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin sayı 9-a çatıb. Xalqımızın işğaldan azad olunan ərazilərə böyük bağlılığı var. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də bunun rəsmi olaraq təsdiqidir.Millət vəkilinin sözlərinə görə, işğalçı Ermənistan otuz il ərzində aparılan sülh danışıqlarını manipulyasiya predmetinə çevirmişdi. Havadarlarından dəstək alan ermənilər hətta “yeni torpaqlar uğrunda yeni müharibə” iddiaları səsləndirirdilər. Xaincəsinə torpaqlarımızı qəsb edən düşmən cəzalandırlmalı idi və Azərbaycan Ordusu bunu layiqincə etdi. Silahlı Qüvvələrimiz Vətən müharibəsində misilsiz şücaətlər göstərərək 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında geri qaytardı. Alınmaz qala sayılan Şuşanın, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun geri qaytarılması uğrunda gedən döyüşlərdə əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar göstərdilər. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Dövlətimizin başçısının imzaladığı Sərəncamda da vurğulandığı kimi, Azərbaycanın döyüş meydanında qazandığı böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı - Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. Sonrakı mərhələdə isə Silahlı Qüvvələrimiz 2023-cü il 19-20 sentyabr tarixində Xankəndidə və digər ərazilərdə uğurlu lokal xarakterli antiterror əməliyyatı aparmaqla separatçıların tabutuna son mismarı vurdu və beləliklə də, Azərbaycanın suverenliyi tam şəkildə təmin edildi. Həmin il oktyabrın 15-də isə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində AzərbaycanınDövlət Bayrağını ucaltdı. Prezident İlham Əliyevin imzaladığı iki Sərəncama əsasən hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunur.

“Prezident İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 20-də şəhər günləri qeyd olunanXankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində işğalçılardan təmizlənməsi ədalətin və həm də tarixin bərpasıdır”,- deyən Pərvin Kərimzadə əlavə edib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə əlaqədar siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu təsdiqlədi: “Vətən müharibəsi zamanı siyasi partiyalar tərəfindən həmin dövrdə ümumilikdə 9 birgə bəyanat və 3 müraciət imzalanmışdı. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin müraciətləri xüsusi olaraq qeyd olunmalıdır. Lakin Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış Qələbə münasibətilə siyasi partiyaların birgə bəyanatında AXCP, Müsavat Partiyası və “Milli Şura” iştirak etməyiblər. Milli qürurun təcəssümü olan birgə bəyanata radikal müxalifətin qoşulmaması onların antimilli xislətini ifşa edir. Həmin siyasi təşkilatlar bu addımları ilə xaricdəki ermənipərəst dairələrin maraqlarına xidmət etdiklərini bir daha isbatlamış oldular. 44 günlük müharibədən sonra onlar bu Qələbənin dəyərini azaltmağa çalışdılar. 2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunmasından da radikallar çox məyus olmuşdular. Bu siyasi ünsürlər xalq-iqtidar birliyinin gücünü həzm etməyərək hər vəchlə xaricdəki havadarları ilə birlikdə ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Bu cür “fəaliyyət” indi də davam edir. Lakin həmişə olduğu onların cəhdləri yenə də iflasa məhkumdur. Bu dairələrin cılız davranışlarından fərqli olaraq hazırda xalqla iqtidar sıx birlik nümayiş etdirərək Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə məşğuldur”.
Deputat qeyd edib ki, postmüharibə dövründə ölkəmizin əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. Bu məqsədlə müvafiq Dövlət Proqramı qəbul edilib. Azərbaycan həm də güclü dövlət kimi qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü praktiki müstəvidə müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırır. Ötən dövr ərzində işğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğuna, yaşayış məntəqələrinin bərpasına aid çoxlu sayda layihələr yüksək səviyyədə reallaşdırılıb. Paralel şəkildə, işğaldan azad olunmuş ərazilərin məskunlaşdırlması uğurla davam etdirilir. Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, on minlərlə yaxın insan yaşayır. O cümlədən,sentyabrın 20 şəhər günləri qeyd edilən yaşayış məntəqələrinin də bərpası və məskunlaşdırılması intensiv şəkildə davam etdirlir. Soyqırımına məruz qalan Xocalıya ilk köç 2024-cü il mayın 28 -də - müstəqilliyimizin 106-cı ildönümü günündə baş tutdu. Bir vaxtlarermənilər tərəfindən separatizm yuvasına çevrilmiş Xankəndi də hazırda doğma sakinlərinə qucaq açıb. Belə ki, avqust ayının 17-nə qədər Xankəndi şəhərində 76 ailə, 332 nəfər, Kərkicahan qəsəbəsində 43 ailə, 174 nəfər olmaqla cəmi 119 ailə, 506 nəfər məskunlaşıb. Digər ərzilərə də mütəmadi olaraq Böyük Qayıdış davam edir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ardıcıl şəkildəişğaldan azad olunmuş ərazilərə səfərlər edir və görülən işlərlə şəxsən tanış olurlar.
“Beləliklə, doğma Qarabağımız sürətlə dirçəlir. Azərbaycan xalqı hər zaman şəhər və kəndlərimizin azad edilməsini böyük təntənə ilə qeyd edəcək” – deyə, Pərvin Kərimzadə vurğulayıb.

Digər xəbərlər