PDF Oxu

Dünya

  • 1 132

İddia: külək turbinləri maralların eybəcər doğulmasına səbəb olur?

image

Sosial şəbəkələrin xarici seqmentlərində külək turbinlərinin heyvanlarda müxtəlif sağlamlıq problemlərinə, hətta eybəcər doğuşlara səbəb olduğu barədə iddialar yayılıb. Xüsusilə Norveçdə külək elektrik stansiyalarının maralların eybəcər balalar dünyaya gətirməsinə səbəb olduğu barədə paylaşımlar yüz minlərlə baxış toplayıb. Euronews yazır ki, bu iddianı təsdiqləyən elmi sübut yoxdur.

Məsələ Norveçin Fosen bölgəsində fəaliyyət göstərən külək elektrik stansiyaları ilə bağlıdır. Burada 151 külək turbini fəaliyyət göstərir və ərazidə yaşayan sami xalqının maralçılıq təsərrüfatları ilə bağlı uzun müddətdir mübahisələr mövcuddur. 2021-ci ildə Norveç Ali Məhkəməsi külək elektrik stansiyasının fəaliyyət icazələrinin etibarsız olduğuna qərar vermişdi. Lakin məhkəmənin qərarı heyvanların sağlamlığı və ya eybəcər doğuşlarla bağlı olmayıb.

Məhkəmə külək elektrik stansiyasının yerli sami icmasının mədəni hüquqlarını pozduğunu müəyyən etmişdi. Sonradan isə Sami icması, Norveç dövləti və elektrik stansiyasının operatoru arasında razılaşma əldə olunub. Razılaşmaya əsasən, turbinlərin fəaliyyətini davam etdirməsinə imkan verilib, bunun müqabilində maralçılara əlavə qış otlaqları, müəyyən maliyyə və enerji güzəştləri, eləcə də gələcək layihələrin genişləndirilməsinə veto hüququ verilib.

Külək turbinləri insan sağlamlığına təsir edirmi?

Marallar barədə iddia külək turbinlərinin insan sağlamlığına da mənfi təsir göstərdiyini irəli sürən daha geniş bir nəzəriyyənin tərkib hissəsidir. Bu iddialarda turbinlərin yaratdığı aşağı tezlikli səs və infrasəsin qulaqda küy, qulaq ağrısı, başgicəllənmə, bel ağrısı və hətta qocalmanın sürətlənməsi kimi problemlərə səbəb olduğu bildirilir.

Lakin Euronews-un istinad etdiyi elmi araşdırmaların böyük hissəsi düzgün quraşdırılmış və müvafiq normalara uyğun fəaliyyət göstərən külək turbinlərinin yaxınlığında yaşamaqla sağlamlığa mənfi təsirlər arasında əlaqəni təsdiqləmir. Bəzi insanlar külək turbinlərinin yaxınlığında yaşadıqda baş ağrısı, stress və yuxu pozuntularından şikayətlənsələr də, tədqiqatçılar bu simptomların turbinlərin səsindən deyil, narahatlıq, vizual təsirlər və ya nosebo effekti ilə əlaqəli ola biləcəyini bildirirlər. Nosebo effekti insanın zərər gözləməsi nəticəsində real fiziki simptomlar yaşaması deməkdir.

Norveçdə eybəcər maral doğulmasına dair sübut yoxdur

Fakt-yoxlama nəticəsində əsas məsələ aydınlaşıb: Norveçdə və ya başqa bir yerdə külək turbinləri səbəbindən eybəcər maralların doğulduğunu göstərən elmi hesabat mövcud deyil. Beləliklə, sosial şəbəkələrdə yayılan “Norveç Ali Məhkəməsi külək turbinlərini maralların eybəcər doğulmasına səbəb olduğu üçün sökdürüb” iddiası həqiqəti əks etdirmir.

Məhkəmənin real qərarı isə Sami xalqının mədəni və maralçılıq hüquqları ilə bağlı olub, heyvanların sağlamlığı ilə əlaqəli olmayıb. Mütəxəssislər külək enerjisinin insan və heyvan sağlamlığına təsiri ilə bağlı iddiaların elmi sübutlardan ayrı qiymətləndirilməsinin vacibliyini vurğulayırlar. Sosial şəbəkələrdə yayılan paylaşımlarda isə real məhkəmə qərarının kontekstdən çıxarılaraq tamamilə fərqli nəticə ilə təqdim edildiyi görünür.

Lalə Mehralı

Digər xəbərlər

“Makronun arvadı hələ də kişidir”..?

Bricit Makronun kimliyi haqqında həqiqəti üzə çıxaran jurnalist məhkəmədə qalib gəldi...

Tramp bu qarışıqlığı özü başlatdı

Onun siyasəti artıq qlobal neft bazarına zərbə vurub...

Kiyevin ABŞ-da təşəbbüsü ələ keçirmək şansı var...

Tramp və Zelenski arasında görüşə sayılı günlər qalıb...

Putinin müharibəsi Rusiya elitası üçün getdikcə daha baha başa gəlir

Böyük bizneslər özlərini müdafiə etməyə məcbur edilirlər...

“Ukrayna lazım olan hər şeyi əldə edərsə, qalib gələcək...”

Müttəfiqlərin vədlərdən qətiyyətli hərəkətlərə keçməsinin vaxtıdır...

Pentaqon: "Güclü Ukrayna Avropanın təhlükəsizliyinin açarıdır"

Vaşinqton müttəfiqlərini Kiyevə dəstəyini davam etdirməyə çağırdı...

Rusiyada texnokratlarla FTX arasında mübarizə qızışır

Dövlətin daxilində “səssiz müharibə” gedir...