PDF Oxu

Siyasət

  • 360

27 Sentyabr – Anım Günü - ŞƏRH

image

Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq –“Öldü var, döndü yoxdur”

27 Sentyabr – Müasir dövlətçilik tariximizdə qürur, ləyaqət və tarixi zəfərin təməlinin qoyulduğu müqəddəs bir gündür. Bu tarıxdə başlayan mübarizə, tək bir yumruq kimi birləşən xalqımızın gücünü dünyaya sübut etdi. 30 illik həsrətə, torpaq nisgilinə son qoyan bu zəfər, xalqımızın milli iradəsi və ədalətə olan sarsılmaz inamının təcəssümüdür.

Millətin taleyini yalnız hərbi güc, strateji üstünlük həll etmir. Müharibənin görünməyən, lakin nəticəni müəyyən edən ən əsas tərəfi insanın mənəvi dözümlülüyü və milli iradəsidir. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi sarsılmaz birlik, mübarizə əzmi və qələbə iradəsi məhz “Öldü var, döndü yoxdur!” şüarında öz ən ali təcəssümünü tapdı. Bu ifadə sadəcə bir döyüş çağırışı deyil, millətin şüuraltında toplanmış 30 illik həsrətin, sınmayan qürurun və tarixi ədaləti bərpa etmək əzminin psixoloji oxudur, Azərbaycanın məğlubedilməzliyinin göstəricisidir.
Şəhidlik yalnız bir həyatın sona çatması değil, bir millətin azadlığı, şərəfi və gələcəyi uğrunda vətən oğullarının canını fəda edərək ucaldığı zirvədir. Şəhidlər ölməz, onlar Vətənin daşına, torpağına, bayrağına çevrilərək əbədi yaşayacaqlar. Onların xatirəsi qəlbimizdə, adları tariximizdə müqəddəs bir məşəl kimi həmişə yanacaqdır. Şəhidlərimizin əmanəti olan bu Vətəni göz bəbəyi kimi qorumaq hər birimizin müqəddəs borcudur.

Orxan Hüseynzadə
YAP Nərimanov rayon təşkilatının Azərbaycan Yerüstü Nəqliyyat Agetliyi
üzrə ƏPT sədri

Digər xəbərlər