PDF Oxu

Siyasət

  • 540

Parisdə iğtişaşlar yeni mərhələyə qədəm qoyur - TƏHLİL

image

Yüz minlərlə insanın iştirakı ilə Fransanı bürüyən etiraz aksiyaları E.Makronun sonunu gətirəcək

Tarixin ən vəhşi, qəddar rejimlərindən olan Makron xuntası nəinki fransızlar, avropalılar bəzi məqamlarda dünya üçün təhlükə mənbəyinə çevrilir. Çünki Makron rejimi insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, müstəmləkə altında saxladığı xalqlara qarşı kütləvi qətliamlar, zorakılıqlar həyata keçirən rejimdir. Fransa hakimiyyətinin Korsika, Fransız Polineziyası, Martinika, Qvadelupa,Yeni Kaledoniya və digər müstəmləkə ərazilərində törətdiyi soyqırımı aktları insanlıq tarixinin ən qanlı ləkəsi hesab edilir. Vəhşilik son dərəcə amansız olduğundan tərəqqipərvər xalqlar, hətta Avropa evinin millətləri Fransaya qarşı sərt mövqedən çıxış edirlər. Bəzi beynəlxalq təşkilatlar, ölkələrin parlamentləri Fransa prezidenti E.Makronun hərbi tribunala verilməsi çağırışları ilə çıxış edirlər. Artıq Sakit okeanın cənub-qərbində, Melaneziya regionunda yerləşən Vanuatu Fransanın davam etdirdiyi müstəmləkəçi siyasətinə və yurisdiksiyasında olduğu Metyu və Hanter adaları üzərində irəli sürdüyü qanunsuz ərazi iddialarına etiraz olaraq Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi müraciət ünvanlayıb. Müraciətdə Vanuatu ilə Fransanın müstəmləkə əsarətində olan Kanaki (Yeni Kaledoniya) arasında dəniz sərhədlərinin delimitasiyası məsələsinin həll edilməsi tələbi də yer alır. Qeyd edilib ki, Kanakinin müstəqillik tərəfdarı qüvvələri Vanuatunun Metyu və Hanter adaları ilə bağlı mövqeyini dəfələrlə dəstəkləyib. Bu mövqe 2009-cu ildə Vanuatu hökuməti ilə Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi arasında imzalanmış Keamu razılaşmasında rəsmiləşdirilib və sonrakı illərdə də təsdiqlənib. 2026-cı ilin mayında FLNKS lideri Kristian Tein bu dəstəyi yenidən ifadə edib. Həmçinin, Yeni Kaledoniyanın Adət Senatı 2009-cu ildə adaların Vanuatu ilə bağlılığını tanıyıb.

Vanuatu ilə Fransa arasında adaların statusu və Vanuatu–Kanaki dəniz sərhədinin delimitasiyası ilə bağlı üç dəfə danışıqların keçirilməsinə baxmayaraq, proses Fransanın məsələnin beynəlxalq hüququn fundamental prinsipləri əsasında ədalətli və hüquqi həllinə konstruktiv yanaşmaması, Vanuatunun suverenliyini nəzərə almaması və müstəmləkəçilikdən miras qalan ərazi iddialarını davam etdirilməsi səbəbindən nəticəsiz qalıb.

Fransanın 200 -ə yaxın şəhərində xaos və anarxiya yaşanır

Təbii ki, kütləvi qətliamlarla müşayiət olunan siyasət uzun müddət davam edə bilməz. Yəni onun mütləq sonu olmalı və vəhşilyi törədənlər öz layiqli cəzalarını almalıdırlar. Bununla bağlı çoxsaylı misallar göstərmək, faktlar, sübutlar ortaya qoymaq olar. Cəmi iki həftəyə Fransanın dizini yerə gətirib, rüsvayçı məğlubiyyət yaşadan faşistlərin lideri A.Hitler və komandası ikinci dünya müharibəsində insanlıq və bəşəriyyət əleyhinə cinayətlər törətdiklərinə görə, beynəlxalq hərbi tribunal tərəfindən ciddi şəkildə cəzalandırıldılar. 1990-cı illərdə Balkan müharibəsi zamanı keçmiş Yuqoslaviyada bosniyalıların, xorvatların və digər müsəlmanların kütləvi qırğınının təşkilatçısı olmuş Slobodan Miloşeviç, Radovan Karaciç, Milan Martiç və digərləri Haaqa Beynəlxalq Tribunalı tərəfindən ən ağır cəzaya məhkum edildilər. Ona görə də, tam əminliklə demək olar ki, insan qatili olan E.Makron mütləq cəzasını alacaq. Artıq vəziyyət o həddə çatıb ki, öz xalqı belə E.Makronun qəsbkar siyasətinə etiraz etməyə başlayıb. Ötən gündən başlayaraq Fransanın 200-ə yaxın şəhərində yüz minlərlə insan küçələrə çıxaraq E.Makronun istefasını və onun məhkəmə qarşısına çıxarılmasını tələb edirlər. Hətta Fransanın az yaşlı uşaqları Makron hakimiyyətinə qarşı qəzəb və nifrətlərini nümayiş etdirirlər. Keçirilən etiraz aksiyalarında daha çox uşaqların təmsil olunması dünya tarixində ən diqqətçəkən aksiya hesab edilir. Düzdür, tarixdə xristian dünyasının üz qarası hesab edilən və iki dəfə baş verən uşaqların “Səlib yürüşləri” olub. Lakin bu rüsvayçı hərəkat tarixin uzaq dövründə baş verdiyindən müzakirəsinə bir o maraq göstərilmir. Ancaq müasir dövrdə uşaqların böyük çoxluğunun iştirakı ilə Fransanın küçələrində aksiyaların təşkil edilməsi Makron, ümumilikdə Avropa üçün qara ləkə hesab oluna bilər. Dövlət sektorunun həmkarlar ittifaqları və lisey şagirdləri tərəfindən təşkil edilən aksiyalarda müəllimlər, tibb işçiləri, yanğınsöndürənlər və digər dövlət xidmətlərinin əməkdaşları iştirak ediblər.

E.Makron aksiya iştirakçılarının üzərinə hərbi texnika çıxara bilər

Fransada keçirilən etiraz aksiyalarının təşkilatçısı olan Həmkarlar ittifaqlarının əsas tələbi Makronun istefası, hakimiyyət nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunmaları, maaşlarının artırılması və 2027-ci ildə dövlət qulluqçularının əməkhaqqı indeksasiyasının yenidən dondurulmasından imtina olub. Şagirdlər isə müəllimlərin və digər əməkdaşların sayının artırılmasını, siniflərin həddən artıq dolu olması probleminin həll edilməsini, məktəb binalarının vəziyyətinin yaxşılaşdırılmasını və tədris yükünün azaldılmasını tələb edirlər.

Diqqətçəkən məqam ondan ibarətdir ki, “Sarı jiletlilər”in kütləvi etirazlarını qəddarlıqla yatıran Makron bu dəfə təşkil edilən uşaqların aksiyasını da eyni zorakılıqla yatırmağa cəhd edib. Nəticədə, bir sıra şəhərlərdə aksiyalar zamanı polislə etirazçılar arasında toqquşmalar baş verib. Fransa Daxili İşlər Nazirliyi qarşıdurma zamanı 3 minə yaxın nümayişçinin saxlanıldığını açıqlayıb. Bununla yanaşı, 300-ə yaxın müəllim, 1700 uşaq ciddi xəsarət alıb, 85 uşağın vəziyyətinin son dərəcə ağır olduğu bildirilir. Fransanın Təhsil Nazirliyi 400-ə yaxın məktəbə zərər dəydiyini bildirib. Aksiya iştirakçıları qətiyyət nümayiş etdirməklə 200-ə yaxın polis əməkdaşını zərərsizləşdirməyə müvəffəq olub. Müqavimətin güclü olması səbəbindən ölkənin hüquq-mühafizə orqanları geri çəkilməyə məcbur olub. Bu da onu deməyə əsas verir ki, artıq polis Fransa xalqını başa düşür və geri çəkilməklə milləti ilə həmrəylik nümayiş etdirir. Ehtimal olunur ki, E.Makron polisin aksiya iştirakçılarının tərəfinə keçdiyini anladığından meydanlara hərbi texnikanı çıxaracaq. Əgər belə hal yaşansa, ölkədə vətəndaş müharibəsi yaşana bilər.

İ.ƏLİYEV

Digər xəbərlər