PDF Oxu

Siyasət

  • 548

Naftalanda partiya veteranının 75 illik yubileyi qeyd olunub - FOTOLAR

image

Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatı tərəfindən partiya veteranları ilə görüşlərin keçirilməsi ənənəsi davam etdirilir.

Bu çərçivədə, 5 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatında partiya veteranı Möhübbət Havil oğlu Bədəlovun 75 illik yubileyi münasibətilə görüş keçirilib.

YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür arzulayıb. Möhübbət Bədəlovun uzun illər şəhər təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərdiyi xüsusi qeyd olunub.

Partiya veteranı göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının və uzun illər partiyanın təbliğatındakı fəaliyyətinin onun üçün böyük qürur olduğunu söyləyib.

Sonda partiya veteranına şəhər təşkilatı tərəfindən fəxri fərman və qiymətli hədiyyə təqdim edilib.

Digər xəbərlər